Sayta günlük 1500 istifadçi üçün tövsiyə və təklifləriniz…

Salam.Yeni qurulan bir xəbər saytının qısa zamanda orta hesabla gündəlik 1500 nəfər istfadəçini öz ətrafına toplaya bilməsi üçün hansı pulsuz üsullardan və ya ucuz reklamlardan (ödəniş mənasında) istıfadə etməsini tövsiyə edərdiniz. (IP: 99 % Azərbaycan olmaqla) Cavablarınız üçün öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

baku-hero (2011-08-03 17:43:36)
he onuda deyim google adwordsun 80 tl yeni 40 man liq pulsuz reklam kuponunu al google da axtar turkce taparsan

baku-hero (2011-08-03 17:42:29)
qaqa yaxsisi youtubde azerbaycanlilaRİN SEVDİYİ VİDEOLARİ QOY USTUNNENDE SAYTİVİN ADİANİ YAZ VSO MEN BU YOLLA ADF.LY SAYTİNDAN CEK ALMİSAm

Bahruz Garamammadov (2011-06-20 14:02:10)
Adminin şərhindən sonra yazmaq çətin olsa da:) əlavə olaraq deyim ki kiçik və orta bizneslər marketinqə bedcənin 2-10% ayırır, ilkin dövrdə, brendin bazara daxil olduğu vaxtlarda bu 20% də olur. Ona görə məsləhətdir ki pul ayırın bu işə bir qədər faydasını görəcəksiniz.

admin (2011-06-20 10:30:35)
Salam. Pulsuz tərəfi üçün məsləhətlər. 1. Hər səhifədə gözəgəlimli yerə sosial paylaşım düymələri qoyun(facebook like, twitter tweet və.s.) 2. Saytı kataloqlarda və sayğac sistemlərindən 1-2sində qeydiyyatdan keçirin(məsələn kataloq.net, ilk10.az) Ucuz başa gələn reklam 1. Facebook ads sisteminə reklam verin, cəlbedici mətnlər, reklamlar, bannerlər düzəldib 2-3 reklam kampaniyası düzəldin, reklamda ərazi olaraq Azərbaycanı seçin ki ancaq Azərbaycandan olan istifadəçilərə görünsün. Bir klikə təxminən ən azı 4-5 cent verməniz lazım olacaq, 1-2 cent versəniz reklam yayımlanmayacaq. Büdcənizə uyğun gündəlik xərc müəyyən edin: günə 3,4, 5$ və ya daha artıq. 2. Google Adwords sistemində reklam verin. Burada reklam bir qədər ucuzdur, 2-3 cent müəyyən etsəniz də reklam yayımlanacaq. Gündəlik büdcə 1$-dır minimum şərt. Ümumiyyətlə belə işlərdən çox ucuz qurtulmaq bir qədər düzgün yanaşma deyil. Əgər sayt innovativ, yenilikçi məzmunlu deyilsə, sadəcə yeni xəbər saytıdırsa, deməli artıq xeyli ciddi rəqibi var və yüksəlmək elə də asan deyil. Ona görə də reklama bir az pul xərcləmək lazım olacaq. Bir də həm pullu həm də pulsuz bölməsinə aid ola biləcək daha bir populyarlaşma növü bizim saytların tez-tez istifadə etdiyi SPAM məktublardır. Bunu isə sizə qətiyyən məsləhət görmürəm. Əgər saytın imicinin yüksək olmasını, hörmətli olması zəruridirsə, o halda birmənalı şəkildə spamdan qaçmaq lazım.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

saytımın hitini (ziyarətçilərini) necə artıra bilərəm?

Saytın aktivliyini və hosting keyfiyyətini daha dəqiq neçə təyin etmək olar?