Saytda sorğunun işləməsi

Salam. Mən saytda sorğu yerləşdirmək istəyirəm. Bilmək istərdim, *.html-də ulduzun yerinə nə yazmaq lazımdı. Ümumiyyətlə, sorğunun işləməsi üçün hansı kodları necə yazmaq lazım, Təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

admin (2011-06-21 13:30:20)
Salam. Sorğu üçün html fayla hansı ad verməyin heç bir fərqi yoxdur, nə istəyirsiz qoyun. Ümumiyyətlə sizə məsləhət görmüşdüm ki w3school.com-dan html, css, javascript-i öyrənəsiniz, çətin deyil, sonra da php üzrə ilkin bilikləri elə o saytdan qazanasınız. Amma görünür əməl etmirsiniz :). Birbaşa nəticə istəyirsiniz ki, bu yanaşma ilə istədiyiniz nəticəni ala bilməyəcəksiniz, çünki sonsuz sayda belə çətinliklərlə qarşılaçacaqsınız öyrənməsəniz. Yəni bu sualda yanaşmada səhv var. html ilə sorğu təşkil etmək olmur, sorğu üçün server-side texnologiyası, verilənlər bazası lazımdır ki, verilmiş səsləri məlumat kimi saxlasın, səslər hansı İPdən verilibsə onların yenidən səs verməsinin qarşısını alsın və.s. Bir sözlə sorğu ciddi alqoritmik bilik tələb edən bir class-dır. Sizə hazır sorğulardan istifadə etməyi məsləhət görə bilərəm. Yəni müvafiq saytlara girisiniz, onlar verən admin paneldə sorğu yaradırsız, orda veriləcək kodu kopyalayırsınız öz saytınıza, vəssalam. Məsələn poldaddy.com, 99polls.com və.s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook Botviet Like Sayt

cavablandıra bilərsiz ki DDOS, grab, trafik nədir?

Saytda açığı necə tapmaq olar

Sayt açıqları

İT Şirkətlər

saytın qiyməti aylıq gəlirinin qiymətinədir