Salam.Mən bir html səhifə yaratmaq istəyirəm.Bunun kimi :Hal hazırda mən sizə sual göndərirəm.Və göndərdiyim bu suala Admin baxa bilir.(Admin Panedlen ve yaxud başqa sehifeden).Mən də elə bir HTML səhifə yaratmaq istəyirəm ki, o səhifədə belə bir yazı sahəsi olsun.Birinin Qarşısında “Adınız” o birisində isə tutalım “Soyadınız” kimi bir şey yazılsın.Və həmin yazı sahələrini yazdıqdan sonra “Göndər” düyməsinə basıb Ad və soyadını mənə göndərsin (Mən baxa biləcəyim yerə.Məs: Admin Panele).Bunun MySql-ə ehtiyacı var?Varsa,yoxsa xahiş edirəm Belə bir səhifənin HTML kodunun izahını deyərdiz
P.S: Kod yazdıqda
HTML Kodunuz
kimi yazmagi unutmayin 🙂
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
HTML, CSS ancaq structuring və presentation üçündür. Yəni yazını və ya qrafikanı istfadəçiyə daya gözəl təqdim etmək üçün. Sizin istədiyiniz veb application-dır. Bunun üçün database və server side script (PHP) ya da veb proqramlama dili bilməyiniz lazımdı. Birinin yazdığı kodu copy paste etməklə bir nəticə əmələ gəlməz. Security və s. çox vacibdir. Ona görə məsləhətdir ki oxuyasınız sonra anlaşılmayan məslələrdə kömək istəyəsiniz. uğurlar.
-1
Bəhruz haqlıdır, təhlükəsizlik tərəfi də önəmlidir, veb proqramlaşdırma dili üzrə bilik də. Bu anlayışları html deyib ümumiləşdirmək düzgün deyil, ümumiyyətlə saytda başqa bu tip suallar da olanda eyni məsləhəti veririk: Əgər bu sahədə maraqlısınızsa, bir qədər səbr edib HTML, CSS, JAVASCRİPT və başlanğıc səviyyədə PHP öyrənin, məsələn w3school.com-dan. Çünki nəzəri bilik yığmadan hər dəfə belə bir istəyiniz çıxanda yanaşmanız səhv olacaq və həll tapa bilməyəcəksiniz. Amma nəzəri bilik olduğu halda siz problemin həllini bilməsəniz belə asanlıqla çox qısa vaxtda həll tapa biləcəksiniz. Məsələn götürək bu problemi. Siz problemi həll edə bilmək üçün problemi 2-3 açar sözlə təsvir etməyi bacarmalısınız. Bunu edə bilmək üçün isə nəzəri bilik lazımdır, əks halda google-da axtarışda nə yazacağınızı bilməyəcəksiniz. Məhz belə halda Cavablar.net kimi saytlar köməyə gəlir və problemi loru dildə təsvir edə bilirsiniz. Amma bu davamlı olmamalıdır, məsləhətlərə əməl etməlisiniz ki, gələcəkdə belə problemlərdən əziyyət çəkməyəsiniz.
Əgər biliklərə yiyələnsəniz, o halda yuxarıdakı sualı belə təsvir edə bilərsiniz:
“Mənə php-də asan kontakt forması class-ı lazımdır, istədiyim qədər sahə əlavə etmək imkanı da olsun”. Sualı belə verdikdə cavab verənlər sizə konkret kodlar və ya mənbələr təqdim edəcəklər, çünki sualın korrektliyini görüb verdikləri cavabın sizə yararlı olacağına əmin olacaqlar.
Yenə də deyirəm şərt deyil ki hər problemin həllini özünüz tapasınız, şərt odur ki problemi ifadə edə biləsiniz, düzgün terminlərlə.
Əgər CMS istifadə edirsinizsə, CMS-lərin plugin(extension) bölməsinə contact form axtarışı verin, xeyli nəticələr çıxacaq, onlardan hər hansı birini customize edib istəyinizə uyğun edə bilərsiniz. Amma contact form-lar əsas etibarilə nəticəni sizin istədiyiniz emailə göndərir, mysql bazaya yox.
Sual verin
Cavab verin