HTML-i internetə bağlamaq üçün

Assalamualeykum! Qardaşlar. mən wordpadda html yığdım. Amma onu internetə qoşa bilmirəm. mən yığdığım html-i web səhifə kimi necə tanıda bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Rasul (2012-11-12 19:57:19)
Azərbaycan dilində video material lazımdır.

ahmed (2011-07-02 13:01:31)
Salam. Bu problem ilə demək olar ki, hamı rastlaşır, əsasən də HTML yeni örgənərkən. Hazır web səhifəni İnternetə necə yerləşdirmək? Bunun üçün verilən suallara hamı 2 cavab verir: hosting almaq və domen adı almaq. Bu da bütün çaşqınlıqların başlanğıcı olur: niyə səhifəni internetə yerləşdirmək üçün 1 yox, 2, həm də bir biri ilk baxışda ilə elə də əlaqəli olmayan problemi həll etmək lazımdır. İzahı: Bizim hazırladığımız "web sayt" özümüz də gördüyümüz kimi adi notepad və ya wordpadda HTML dilində yığılmış mətn faylıdır. Üstəgəl bəzi şəkil faylları. Biz öz kompüterimizdə web brovserlə bu faylları açanda onu sayt kimi görürük. Bu anda artıq səhifəmiz istifadəyə hazırdır, qalır onu İnternetə yerləşdirmək ki, hamı hər yerdən görə bilsin. Bunun üçün biz hazırladığımız həmin o HTML mətn fayllarını yerləşdirməliyik İnternet şəbəkəsinə qoşulmuş hər-hansı bir kompüterə. Bu kompüterə deyirlər "HOST" kompüter. Bununla ayrı-ayrı şirkətlər məşğul olur. Siz onlardan xahiş edirsiniz, xidmət haqqı ödəyirsiniz , onlar da sizin fayllarınızı yerləşdirirlər İnternet şəbəkəsinə qoşulmuş kompüterlərinə. Bu xidmətə deyirlər Hostinq (xostinq) xidməti. Amma hostinq problemin həll etmək hələ o demək deyil ki, istifadəçilər öz web browserlərindən http:www.sizinsaytinizinadi.com yazıb sizin səhifəyə daxil olacaqlar. Bunun üçün 2-ci problem domen adı problemin həll etmək lazımdır. Məsələ ondadır ki, lokal kompüterdən fərqli olaraq şəbəkəyə qoşulmuş kompüterə müraciət etmək üçün mütləq və mütləq onun İP ünvanı tələb olunur. İP ünvan hər biri 0-255 arasında olan 4 ədədin ardıcıllığından ibarətdir. misal üçün 213.145.63.234 kimi. Yəni hosting problemin həll etdikdən sonra istifadəçilər sizin səhifəyə daxil ola bilmək üçün web browserlərindən sizin host kompüterin İP ünvanın daxil etməlidirlər. http:www.sizinsaytinizinadi.com əvəzinə 213.145.63.234 kimi bir şey. Bu problem siz domen adı aldıqdan sonra həll olunur. Bu mövzu DNS nədir? sualında ətraflı izah olduğundan keçidi yerləşdirirəm. http://cavablar.net/2011/05/06/dns-n%C9%99dir/ Onu deyim ki, bu xidmətlərdən istifadə etmək üçün mütləq pul ödəmək vacib deyil, pulsuz da çoxlu xidmətlər göstərilir, internetdən free hosting, free domain kimi axtarışlar edin. Youtubdan da bunun necə edildiyin izləyə bilərsiniz, nümunə üçün http://www.youtube.com/watch?v=TiDvtPkGBuc Əgər ingilis dili ilə bağlı çətinliyiniz olsa onda deyərsiniz Azərbaycan dilində video material hazırlayaq. Hələlik.

admin (2011-07-01 10:43:59)
Əgər yığdığınız kodlarda server-side proqramlaşdırma yoxdursa, yəni kod ancaq html+css+javascript+flash-dan biri və ya bir neçəsini istifadə edirsə, o halda sizə veb server lazım da deyil. Sadəcə komputerinizdə papkada yığırsız faylları, şəkilləri, sonra əsas index.html faylını open with Hər_hansı_brauzer verib test edirsiniz. Server-side proqramlaşdırma olan hal üçün isə yuxarıda cavab verilib, mütləq lokal və ya internet hostinq lazımdır. Bu isə ayrı sualın mövzusudur.

kamilh (2011-06-27 20:05:00)
Salam.Ilk öncə hostinq almalısan yadakı pulsuz hostinqlərdən birindən istifadə etməlisən.Yaxşı olardıkı veb səhfəni hazırla sonda şəbəkədə yerləşdir.Bunn üçün virtual veb serverdə yarda bilərsən öz kompyuterində.Apachi proqramından istifadə etsən daha məsləhət olar.Reklam olmasın deyə hostinqlərin ünvanını yazmıram.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

.htaccess də kömək

Php, MySQL,CSS,HTML,Jquery,Ajax əla səviyyədə bilirəm lakin?

Html css Javascript iş

HTML barədə kitab lazımdır

Html və Css

HTML cədvəllər haqda