Facebook çat

salam hamınıza, zəhmət olmasa kömək edin: facobookda çat boyüyüb, çox yöndəmsiz olub, onu düzəltməkdə kömək edin, əvvəlki kimi olsun, qısa yığcam, idarə eləmək asan olsun. təşəkür

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

hnatiq (2011-08-03 22:51:45)
Facebook axır zamanlar təmiz qatıqlayır. Bu serverdən olan problemdir, bu gün də yeni surpriz :)) 1 məktub yaranıb məndə elə bil ümumi çatdır, kim yazır görürəm :)))

Tural Əlisoy (2011-07-09 14:41:42)
Bu hamıda belədir. Daha dəqiq video zəng xidmətinə kim keçib onda bu problem var. İdarə etməlisiz. Aşağı salmaq üçün çatın yuxarı hissəsinə klik etməyiniz bəsdir.

Əziz Hüseyn (2011-07-09 13:23:45)
ebuddy meslehetlidir.

shirvanshah (2011-07-09 12:59:44)
Salam. Mən də daimi bir Facebook istifadəçisiyəm və eyni problemlə mən də qarşılaşıram. Təəssüf ki, bunun həllini yalnız Facebook özü həyata keçirə bilər. Çox güman ki, yaxın günlərdə bu problem aradan qaldırılacaqdır. Yeri gəlmişkən, Facebook chat xidmətindən istifadə üçün bəzi pulsuz proqramlar var. Həmin proqramlardan birini internetdən yükləyib, chat-dakı yoldaşlarınızla oradan söhbət edə bilərsiniz...

Elchin Seferaliyev (2011-07-09 10:35:18)
yəni çatda olanda olmayanda görsənir.