Buyur. Bəli düz başa düşmüsən :) strpos nümunələrində bu daha yaxşı anlaşılır. Orda false və 0 qarışmasın deyə === istifadə olunur.
Təşəkkür, admin :) Belə başa düşdüm ki, bu operator bir növ dəyişənin tipini də yoxlayır. Yəni eyni dəyərə malik string və integer -i bir-birinə bərabər etmir. Düz başa düşmüşəm ?
hər ikisi müqayisə operatorudur. yeganə fərq bu ki, == iki dəyişənin bərabərliyini yoxlayırsa, === onların identikliyini yoxlayır, yəni eyniliyini yoxlayır. bərabər olub identik olmayan dəyişənlər də var ki, birinci operatorla yoxlandıqda true, ikinci ilə yoxlandıqda false cavabı verir. məsələn 0 və "0", 1 və true və.s. bu da ondan irəli gəlir ki php müqayisə zamanı tipləri özü uyğunlaşdırır. uyğunlaşma istəmiriksə dəqiq identiklik lazımsa === işə yarayır.
PHP ilə DB-dakı mətndə xüsusi hissəni necə seçim?
Onlayn film izləmək üçün sayt açmaq.