Word 2010 – Kolonka bölgüsü

Salam. Yəqin ki, Word-də kolonkaların nə olduğunu və nə işə yaradığını əksəriyyətimiz bilirik. Sual: "Kolonkalar" pəncərəsində (kolonkaların redaktəsi) "Разделитель" nişanını qeyd edib, OK etdikdə, kolonkaların arasında qalın bir xətt çəkilir. Həmin xətti necəsə dəyişmək mümkündürmü?! Yəni daha ətraflı desəm: Həmin xətti qoşa xətt, qırıq-qırıq xətt, dalğalı xətt və ən əsası xətt və sözlə (xəttarası sözlə) əvəzləmək olurmu? Şəkil: http://s001.radikal.ru/i195/1107/0f/549edd2ec49f.jpg

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Sevinc Azizova (2011-07-20 08:22:12)
Sualli cavablardiginiz ucun sag olun :)) Worddə onun basqa asan üsulu yoxdur. Yalnız hansısa başqa üsulla etmək olar bunu. Məncə ən optimalı budur. Birdə burda qəliz heç nə yoxdu. 1 dənə formanı düzəlt sonra 500 səhifəni at hazır formanın içinə. Əgər səhifənin aşağısında sol düyməni iki dəfə vursan dizayn forması açılır və istədiyin formada sutunlar arasi xetti ve yazini dəyişe bilersen. Ama hazır şablonlardan və daha asan yol axtarırsansa onda məncə siz QuarkxPress-e yada Adobe Indisgne müraciət edim. Çünki bir az çətin verstkalarda word-ə hazır formalar yoxdur

Mehman Elxanoglu (2011-07-19 22:53:22)
Təqribən elə deyirəm, ancaq bu bir qədər qəliz, bir qədər qeyri-dəqiq (yöndəmsiz) üsul olur. Başqa çıxış yolu varmı?! =)

Sevinc Azizova (2011-07-19 17:42:59)
http://www.boxca.com/117ikgb3p7br/101_(1).doc.html mence bu linkdeki numuneni deyirsen? yox

Sevinc Azizova (2011-07-19 17:29:20)
olontitul və kolonka ayrı-ayrı şeylərdir ki mende ele izah vermisem de. :) men doc-da bir numune indi atacam baxin.

Mehman Elxanoglu (2011-07-19 14:41:45)
Mən kolonkaların arasına xəttarası söz salmaq istəyirəm, kolontitul və kolonka ayrı-ayrı şeylərdir məncə :) Bəlkə də sualı başa düşmüsünüz, ancaq verdiyiniz izahatı anlamadım :( Nümunə olaraq hər hansı *.docx faylı upload edə bilərsinizmi?! Çətinlik yaradacaq bir şey daha var ki, mətn 500 səhifədən artıqdır və 3 kolonkaya bölünmüşdür. Elə bir çıxış yolu olsun ki, hamısını əllə etmək məcburiyyətində qalmayım ;)

Sevinc Azizova (2011-07-19 12:21:56)
Salam. bele variant hazir olmayacaq ama men bunu birteher hell etmisem. Demək səhifələri sutunlara bölün ama düz xett yerləşdirməyin. Sonra kolontitul sehifesini acin(yəni header and footer) sonra hemin pencere açıq şəkildə qalsın və sütünların arasına bir düz xətt yerləşdirin sonra bir dənə də text box götürüb ortaya yerləşdirin ama textbox-un düz xətlərini görünməyən edin və bunu ön hissəyə qoyun ki düz xətt arxada görünməsin. Məndə belə bir nümunə var istəsəniz emailinizə göndərə bilərəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Microsoft Word-də yazının formatını təmizləmək

Fləşkarta yazdığım word sənəd sonradan komyuterdə açılmır

Word sənəddə xətlərin üzərində yazı yazmaq

MC Office proqramları – Sumqayıt

Nöqtədən sonra cümlələrin alt-alta düzülməsi

Wordə mətnin sağ tam tərəfə yayılması