Office 2003 və 2007 bir yerdə

salam, məndə ofice 2007-dir, bilmək istəyirdim ki diskdən ofice 2003-ü yazsam 2007 pozulacaq ya yox? yaxud ayrı nə təhlükəsi ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

X_Root (2011-07-25 14:41:35)
Ən yaxsı variant microsoft office 2003 (2007, 2010) portable istifadə eləməkdi

virtual_life (2011-07-24 01:52:37)
Çox sağ olun, Allah razı olsun! Artıq yükləmişəm 2007-ni pozmadan, amma D diskinə yüklədim. Diqqətinizə və köməyinizə görə minnətdaram!

kiber (2011-07-24 01:31:27)
Heç bir şey olmamalıdır, mən də siz deyən formada yükləmişəm. Sadəcə əksinə olaraq, 2003 vardı, 2007-nı əlavə olaraq yazdım. Sadəcə install edərkən, 2003 üçü Məhz MS Office qovluğuna yox, MS Office 2003 bu cür qovluq yaradıb ora yükləyin!

virtual_life (2011-07-24 01:12:50)
mən 2007-ni pozmamış 2003-ü yükləsəm nə ola bilər?

kiber (2011-07-24 01:05:57)
Mən ayrı-ayrı işləmişəm, problem sadəcə o zaman olur ki, hər hansı birini açanda default deyilsə yenidən install olunur kimi bir pəncərə çıxır, vaxt aparır. cancel etdikdə isə normal açılırdı. Belə yükləyərkən seçim edin, ayrı bir qovluğa yükləyin.

virtual_life (2011-07-24 01:05:26)
bəs ayrı nəsə problem olmayacaq?

Errr (2011-07-24 01:00:40)
Çox güman pozulacaq. 2003 üstündən 2007 yazsaydız o halda install zamanı seçim edib hər iki versiyanı saxlamaq olur. amma siz təzənin üstünə köhnəni yazırsızsa fikrimcə təzə itəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Office 2oo7

Office programları silinib

Kompyuter bilikləri – Karyera istiqaməti

Power Point-i işlətmək olmur

Microsoft Office 2007 programı haqqında

Java təcrübə qazanmaq – Java təcrübə proqramları