OpenCV-də müstəvidə şəkilin koordinatlarını müəyyən etmək

OpenCV-də müstəvi üzərində bir şəkil var. Qalan sahədə ağ və ya qara background-dan ibarətdi. Mənə o boş sahəni silib imagebox-da təkcə şəkli göstərmək lazımdı. Müstəvidə şəklin koordinatlarını müəyyən edən bir algoritm və ya funksiya bilən, istifadə edən var? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Rovshan Musayev (2011-07-31 14:26:35)
http://derindelimavi.blogspot.com/2011/04/renk-filitresi.html bəlkə bu yardımçı oldu. Amma siz deyən şəkildə OpenCV-də inanmıram ki hazır bir şey olsun, ən azından mənim diplom işim məhz nömrə tanınma sistemi idi və rast gəlməmişəm elə bir şeyə

Coenni (2011-07-27 19:09:18)
Cavab və diqqət üçün təşəkkürlər. OpenCVsharp library-si ilə C#-da yazdım kodu, amma pixellərin dəyərlərini yoxlayaraq-klassik maşın nömrəsi tanıma proqramlarında olduğu kimi. Sadəcə hazır bir kitabxana funksiyası ilə boş müstəvidəki şəklin kkordinatlarını asan yoldan tapa bilərəmmi, bilmək istəyirdim. findcontour, findborder tipindən.

Rovshan Musayev (2011-07-27 10:43:20)
OpenCV ilə diplom işimin proqramını yazmışam və həmin əsnada komponent uzrə geniş təcrübəsi olan bir turk yoldaş ilə taniş oldum. Məncə http://derindelimavi.blogspot.com/2010/04/cvpreprocessor-for-opencv-21.html proqram sənə yardimci ola bilər. Proqram haqda və yüklənmə linki orada yazılıb amma yenə də mən öz izahimi verim: Proqram opencv ilə proqram yolu ilə edə biləcəyin əməliyyatları vizual olaraq etməyə yarayır və etdikcə də kodunu c++ dilinə hazırlayır. Onu c# dilinə çevirmək isə qalır özünə amma o da bir problem yaratmır, asandır.