Paypal-dan vaxtı bitmiş karta “Refund” əməliyyatı

Salam. Mən ebay-dan bir muddət qabaq hər hansi bir mal almışdım. Aldığım mal xarab çıxdı, satıcı da pulumu qayatarmaq istəməyincə mən də ebay-a şikayət etdim. Ebay da qərar çıxardı ki, pulumu qaytarsınlar və qaytardılar da. Amma o vaxtı alış veriş etdiyim kartın vaxtı artıq bitmisdi. Refund olunmağına olunub, paypal-da da gosterir amma mən həmin kartdan istifadə eda bilmirəm. Mən həmin puldan paypal-da istifadə eda bilərəmmi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Rovshan Musayev (2011-07-31 14:59:52)
Diqqətinizə görə təşəkkürlər, banka zəng edərəm

zaurq2006 (2011-07-27 13:20:44)
refund gosterirse sizin paypal hesabinizda derhal bank ile elaqe saxlayin . Burda bir mesele var. eger refund olunjubsa demeli kart muddeti hemin tarixde bitmemisdi. Amma indi vaxti bitibse o pulun geri qaytarilmasi kartin muqavilesine baglidir. Ola biler qaytarsinlar , ola biler yox. Evde kartin muqavilesi varsa goz gezdirin, melumatli olun ve sonra bankla elaqe saxlayin. Ugurlar!

admin (2011-07-27 12:25:04)
Əməliyyat bölməsinə baxın refund tarixçəsinsə o pulun gəlməsi varmı? Paypal özündə pul saxlamır ya banka ötürür ya geri qaytarır. Amma məsləhətdir ki bankın özünə zəng edib dərhal öyrənəsiniz.

Rovshan Musayev (2011-07-27 10:48:18)
PayPal balance: $0.00 USD. Ola bilər ki pul gedib karta otursun?

admin (2011-07-26 17:28:23)
Paypalda balansınız neçə göstərir?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal mail itirmişəm

Paypalda ödəniş haqqında

WordPressə Paypal qoşmaq

Paypal hesabımda history bolməsində mənfi işarələr

bir neçə ebay hesabdan istifadə edərkən,1 Paypal hesabdan istifadə mümkündiür?

paypal refund etdirmək