VB.NET-də exe-dən exe yaratdıqda ana exe-dən verilənləri yeni yaradılan exe-yə yazma

Salam. form2-ni müstəqil exe proqram kimi yadda saxlamaq heç cür mümkün olmadı, heç yerdə bu barədə məlumat tapa bilmədim. Mən kodla yeni yaradıvacaq exe-nin formunu, üzərində olan obyekləri və görəcəyi işi vb.net-də kodla yazdım. Məndə olan proqramda yeni yaradıvacaq exe-nin bütün hər şeyi string kimi yazılır bir dəyişənə, sonra Compile olunur. Mənə lazımdır ki ana exe-də olan məsələn TextBox1-də yazılan sözü yeni yaradıvacaq exe-nin tərkibində hər hansı bir string dəyişənə aid edim. Compile getdikdən sonra bu söz yeni yaradılan exe-nin tərkibində string şəklində qalsın. Heç cür alındıra bilmirəm hələlik. Bilən varsa kömək edin lütfən Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

hnatiq (2011-07-29 22:49:45)
Mən C#-da məsələn form2-ni visual şəkildə düzəltdim, kodunu necə yazım müvəqqəti fayla və necə Compile edim. Kiçik nümunə yaza bilərsiniz? Məsələn form1-də 1 ədəd button 1, 1 ədəd textbox1 var, form2-də 1 ədəd button1 var. form1-də textbox1-ə ixtiyari söz yazılır, button1-ə sıxıldıqda form2 C:test.exe kimi save olunur və yeni yaranan exe-nin üzərində olan button1-i sıxdıqda həmin sözü mesaj verir.

Ramin Orucov (2011-07-29 15:03:25)
Əleykə salam. Form2-nin kodlarını generasiya edib müvəqqəti fayla yazmaq lazımdır, sonra isə C# kompilyatorunu çağırıb onu compile etdikdən sonra exe almaq olar.