İnternet problemi

Salam , mən artıq 1 ildən çoxdur ki Elcell istifadəçisiyəm. Son 1-2 aya qədər hər şey normal idi , lakin artıq 1-2 aydır ki internetdə sürətlə bağlı problem olurdu . lakin düzəlirdi , amma artıq bir neçə gündür sürət çox zaifləyib.. bu Torrentlə yükləədən sonra oldu , resource monitora baxıram kaspersky 50 kb inrenetdən çəkir , onu bağlayıram ki düzəlsin , amma nəticə dəyişmir, sizcə antivirus və ya bittorrent internet sürətini limitləyə bilərmi ?!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sahin Isgenderov (2011-12-01 13:19:07)
Men bu cur etdim ama yene eyni suret qalir

baku-hero (2011-08-03 17:28:14)
modemini arxadan resetle qara yumru desikdi 10 san gozde sonra brax 192.168.1.1 yig brauzerde parametrleri qur.bu hal mendede olmusdu

Emil Heshimli (2011-08-03 16:55:08)
Hər şeyi yoxlamışam , məndə xətt yoxdu , yəni ki wireless ilə qoşuluram , speedtest.net saytıda yoxlamışam , 0.3 dan yuxarı vermir , ahlbuki əvvəllər 0.9 dan aşağı enmirdi

hnatiq (2011-08-01 09:39:48)
Salam. Torrent texnologiyası böyük paylaşma texnologiyasıdır. Torrent-dən hansısa fayl yükləmək istədikdə əvvəlcə fayl axtarılır kimdə bu fayl hal hazırda yüklənirsə o ünvanlar avtomatik Sizə göndərilir, loru dildə desək Siz yükləmək istədiyiniz faylı kimdənsə yükləyirsiniz və Siz yüklədikcə Sizdən də kimsə yükləyir. Fərz edin ki 30000 nəfər bir birindən eyni faylı hissə hissə yükləyir. Mən Sizdən yükləyirəm, Siz yükləyib qurtardınız, amma məndə məsələn hələ bir az qalıb qalanını başqasından yükləyir avtomatik. Buna görə də nə qədər çox yükləyən olsa problemsiz olur. Az adam yüklədikdə sürətin zəif olması normal haldır. Aşağıda verdiyim linkdən sürətinizi yoxlayın, sürət aşağıdırsa deməli ya provayderlikdir ya da xətdən də ola bilər xətti də başqa xətlə dəyişib yoxlamaq olar əgər testdə zəif göstərirsə, məndə 1 dəfə belə bir şey olub, download var idi, amma upload yox idi, səhifəni güclə açırdı :) xətdən imiş düzəltdim. Mən Connect istifadəçisiyəm məndə normaldır, aldığım sürəti verir, amma Azəronline lap canımı yığmışdı boğaza :)) çıxdım axırda http://www.speedtest.net/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Elcell, sazz yoxsa datakartlar