Salam. Yaxşı olardı ki, sualı cavab hissəyə yox, sual olaraq yerləşdirəsiniz sayta, o halda cavab da tez olar.
salam. Mənim kopyuterim məni bezdirdi.bilmirəm dərdi nədi?google-də nəsə yazıb axtararıram tez açılmır.nəsə axtarmaq üçün gərək hər dəfə 1-yada 2 dəq.gözləyim.dedim bəlkə virus düşüb amma təmizləmişəm.bəlkə komək edəsiniz
Düzdür, mən orda bir qədər sərt yazmışam fikri, yəni elə anlaşılmasın ki demək istəmişəm ki Windows IT sahəsinə məxsus adam üçün yararsızdır, və ya Windows-da işləyən İT-çi əsl İT-çi deyil, xeyr, cavabda daha çox Linux ilə müqayisə aparıldığından mən müqayisə edilən hal üçün yazmışam. Olmayan yerdə əlbəttə ki, Windows yararlıdır və demək olar bütün zəruri həllərə malikdir. Amma Linux ilə müqayisədə geri qalır.
Cavabda əsasən desktop OS müqayisəsi etmişəm, siz serverləri də əlavə etdiniz, server sahəsində Windows ümumiyyətlə çox-çox geri qalır. Və ya superkompüterlərdə. Dünya üzrə olan superkomputerlərin səhv etmirəmsə 93%-i Unix-Linux-dadır. İnterneti təşkil edən dünya üzrə səpələnən serverlərin isə səhv etmirəmsə 70%-dən çoxu. Bu artıq o deməkdir ki, peşəkar yanaşmalarda Linux-a üstünlük verilir. Windows-un yeganə populyar olduğu yer Desktop-dur, burda da məlum, 90%-dən çox istifadəçi qeyri-İT sahəsinə mənsub sadə kompüter istifadəçiləridir, onlar da Windows-la başladıqlarından Windowsla da davam etməyə məhkum olunublar.
Admin, sizin fikirinizle mueyyen menada razi deyilem (Windows IT sahəsinə məxsus adam üçün deyil)
Beli, Linux Windowsdan ehemiyyetle derecede ustundur. Amma realliqda ise butun proqramlar demek olar ki 1-ci novbede Windows emeliyyat sistemi ucu yazilir.
Birdeki mende ishde serverler Windows 2008 ES ishleyirler hecnedende narazi deyilem. eger sistemi normal qurub PC istifadecilerinin komputerde el qollarini baglasan , sistem ozunu yaxshi terefden gostere bilir.
elbette eger sen userlere admin kimi girish versen onlarda oz bildiklerini edecekler ve PC-in tez tez siradan chixmasina getirib chixacaq.
Axı proqramlaşdırma .NET demək deyil, .NET proqramlaşdırmanın ətraf dünyadan təcrid olunmuş, məhdud şərtlərdə işləyən bir sahəsidir, bilmək yaxşıdır, amma bunun da fərqinə varmaq lazım ki, qeyri .NET proqramlaşdırma daha geniş və daha maraqlıdır, daha inkişafetdiricidir. Proqramçı gərək yalnız bir şirkətin məhsullarından asılı olmaya. Java, C ailəsinin əksər dilləri, Python desktop və.s. hamsı Linux-larda var. Ümumiyyətlə proqramçı olaraq sizə Linux yaraşar :) Windows IT sahəsinə məxsus adam üçün deyil. Şəxsən mən Windows-u tərk edəndən əsəb sistemim xeyli yaxşılaşıb. Ənənəvi çürük problemlərin(format gərəyi, virus, crack, keygen, file corrupt, ağır işləmə, startupda xeyli özünə gəlmə, kritik iş gedən anda ağırlaşın not responding etmə və.s.) olmadığı şəraitdə tam rahat işləmək zövq verir.
Çətin ki yaxın gələcəkdə bu reallaşa. Çünki kompüterlə tanışlığa Windows-la başlayan orta statistik istifadəçi sonradan Linux-a keçə bilmir, tipik mühafizəkarlıq. Təbii ki Linux Windows-dan qat-qat yaxşı ƏS-dir, buna bir Ubuntu istifadəçisi kimi əyani şahidəm.
Nə ürəyin istəyir et formatdan çıxan kompüter kimi olmayacaq, bunu əminliklə deyirəm. Mən demirəm ki dəqiqəbaşı format etmək lazımdır, yox format etdin bütün proqramlarını yüklə C diskinin Obrazını çıxart saxla D diskində. Nə problem olsa 5-10 deq Obraz yaradanda necə qoymuşdun elə də qaytaracaq sənə, hətta əməliyyat systemi darmadağın olub açılmasa belə problem yoxdur. Amma digər üsullarda həm saatlarla vaxtın gedəcək, həm də effekti mən dediyim üsulun effektinə çata bilməz 100%
LİNUX-a keçməyinə keçərdim eyy amma bir şey var ki mən proqramçıyam, VB.NET və C#-da yazıram, LİNUX-da Visual Studio işləmir axı
Görəsən nə vaxt istifadəçilər Windowsun onların kompüterilərini necə
istismar etdiklərini anlayıb "ƏSL" əməliyyatlar sisteminə keçəcəklər.
---LİNUX---
Ay bala format chixish yolu deyil. Format en asand ve acizyane usuldur.
Microsoftun Xp ucun chox gozel bir proqrami var Bootvis adlanir duzdur 2003 ilden beri bu proqramin desteklenmesi dayanib. Amma proqram bu gune kimi populyardir.
demeli o proqrami internetden tap yukle sonra menyudan Trace => Optimize System ver ve komputerin ehemiyyetli suretde dircelecek.
bundan bashqa meslehet olunur ki komputerinin C diskine chkdisk ve defreqmantaciya veresen. bu sistemindeki bezi xetalari duzeldilmesine sebeb olacaq
Salam. Böyük ehtimalla System çöküb. Məndə belə olanda formata əl atıram (C diskinin Obrazını əvvəlcədən çıxarmamışamsa). Düzdür müəyyən qədər proqramlarla düzəltmək mümkündür, məsələn Registry Mechanic proqram var, hiss olunacaq dərəcədə Systemi düzəldir, yəni registry-da lazımsız file-lar təmizlənir, amma formatdan çıxan əməliyyat systemi kimi olmayacaq. Formatdan sonra mən C diskinin Obrazını çıxarırıb D diskində saxlayıram, belə problemlər olanda 5-10 deq Obrazı vostanavit edirəm, bütün proqramlarım da içində, təzə formatdan çıxmış kimi olur.
Mouse ve Klaviaturanin donması
Noutbukda oyun oynayanda donur
Kompüterdə davamlı donma problemi
Komputer açıldıqda vindovs loqosunda qalır