PayPal hesabda olan pulun Azərbaycanda əldə edilməsi

PayPal hesabda olan pulu Azərbaycanda birbaşa necə əldə etmək olar ? Və yaxud hansı dolayı yollarla bu mümkündür ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

admin (2011-08-19 10:12:48)
Visa kart debit kartı hansı hesaba məxsus olan halda? Əgər Azərbaycan banklarından hər hansı birində açılmış hesabın kartıdırsa, yox mümkün deyil, əgər xarici bankdakı hesabındırsa o halda mümkündür.

Samire (2011-08-19 09:54:39)
Salam, Paypaldan pulu Visa classic debit kartına köçürüb daha sonra bakıdakı bankomatlardan çıxarmaq mümkün deyil?

Valeh Hajiyev (2011-08-08 15:15:19)
Cavaba görə təşəkkür. Bu tip ödənişləri dolayı yolla etmək üçün xüsusi xidmətin olmaması maraqlıdır :) ABŞ'da yaşasaydıq PayPal və s. ona oxşar xidmətlərin dəstəklənməyən ölkələrə ödəməsini reallaşdırmaq üçün "PayPal -> ABŞ'dakı mərkəz -> Bank hesabı iıə dəstəklənməyən ölkəyə pulun köçürülməsi" prinsipi ilə işləyən yeni bir biznes modeli yaratmaq olardı :)

admin (2011-08-08 14:28:04)
Təəssüf ki, Paypal Azərbaycan banklarını dəstəkləmir deyə bu heç cür mümkün deyil birbaşa. Avtomatik olan dolayı yol da eşitməmişəm. Bircə qalır adi dolayı yol, yəni paypalı xarici ölkədəki tanışın adına olan bank hesabına qoşmaq, o pulu alsın və sizə hər hansı pul köçürmə yolu ilə göndərsin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalla alış-veriş

Paypal

Paypalda işləyən kartlar

paypal balans cixarişi

eBay və paypal hesabına girməyəndə bağlanır?

PayPal qəbul edən kartlar