Pay Pal yardımı

Salam.Mən Pay Pal saytında dünən qeydiyyatdan keçmişəm.Amma bu saytda bəzi şeyləri bilmirəm. 1.Mən Pay Pal saytında maaş kartı ilə qeydiyyatdan keçmişəm.Hal-hazırda kartda pul yoxdur.İndi karta maaş gələndə həmin pulu Pay Pal-ın hesabına necə yazmaq lazımdır? 2.Pay Pal vasitəsilə alınan mallara nə qədər karqo pulu ödəmək lazımdır?Məsələn Amerikada satılan malın qiyməti 19 dollardır və mən onu Azərbaycana gətirtmək istəyirəm.Bunların kargo pullarını hardan öyrənmək olar? 3.Mən Yaponiyadan paltar tikən maşın gətirtmək istəyirəm.Görəsən qırılmadan salamat gəlib çıxarmı?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

kiber (2011-08-16 00:18:26)
PayPal müəyyən miqdər ödəniş etdikdən sonra hesabı bloklayacaq, bundan sonra hesabınızı aktiv etməli olacaqsız. Bunu da admin qeyd etdiyi kimi, müştərisi olduğunuz bank vasitəsilə edəcəksiz. Paypal sistemi banka (səhv etmirəmsə) 4 rəqəmli kod göndərəcək, onu bankdan öyrənib hesabınız aktiv etməli olacaqsız. Hər şey qaydasına saldıqdan sonra hər hansı malı alarkən ödəniş vasitəsi kimi paypalı seçəcəksiz, avtomatik paypal hesabınıza keçid olacaq və ödənişə icazə verdikdən sonra hesabınızdan pul çıxacaq. Bu qədər sadə. Digər cababları admin aydın şəkildə qeyd edib ;)

isiqaqa (2011-08-15 16:05:37)
Xeyr öyrənməmişəm.pay Pal bizdən təsdiqləmə kodu istəməyəb.Sadəcə olaraq qeydiyyatdan keçdik və hesabı açdıq.İndi nə etmək lazımdır?

admin (2011-08-15 15:46:25)
Salam. 1. Kartınız üçün təsdiqləmə kodu istəməlidir Paypal, onu bankdan öyrənib təsdiq etdinizmi? Əgər hə isə deməli iş tamamdır. Suala gəldikdə isə paypala pul köçürmək lazım deyil, siz sadəcə ebayda filanda ödəməyə basanda paypala keçid baş verəcək siz təsdiq düyməsini basanda paypal kartınızdan pul çəkəcək, vəssalam. Paypal balansınız isə həmişə 0$ görsənəcək, ancaq lazım olanda pul kartdan çəkilir. 2. Rüsum pulu məhsul dəyərinin 30%-dir məncə. rusum.az saytında olmalıdır ətraflı. Amma 200$-dan aşağı qiymətli məhsullara rüsum tutulmur, yəni 1 qəpik belə əlavə xərciniz çıxmır, məhsul düz evinizə gəlir maneəsiz. 3. Yaponiyadan ala bilərsiniz, təhlükəsiz qablaşdırma edirlər, bu da çatdırılma pulunu bir az baha edir, üstəlik bir az da əlavə pul ödəyib sığorta da etdirə bilərsiniz, ki sağsalamat gəlib çatmasa pulunuzu geri alasınız. Bütün bunları satıcı ilə dəqiqləşdirmək lazım ki, o bu şərtləri təmin edirmi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

online alışveriş geri ödəmə sonrası məhsulun gəlməsi

Kargo pulu

Access bank barədə məlumat

Whatsapp la bağlı yardım…

Ebay malın detallari haqda mektub5

AliExpress şikayət etmək istəyirəm….