Yaxşı görünüşlü web site

Salam. Mən bir veb sayt hazırladım. Tamamilə 0-dan. Html, CSS, php, Mysql. Sayt bütün tələblərə cavab verir, proqramlaşdırma cəhətdən. Amma dizayn məsələsində müasir saytlardan çox geri qalır. Dərhal hiss olunur ki, qeyri peşəkar işidir. Sadəcə olaraq bilmək istəyirdim ki, saytların CSS dizayn keyfiyyətini necə artırmaq olar? CMS -lər vastəsilə, yoxsa əl ilə, yoxsa hansısa dizayn proqramları vastəsilə.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Октай Рзаев (2011-08-18 22:25:39)
eger content yonumlu saytdir cox ozunu yorma sadesini sec

admin (2011-08-18 12:36:13)
Salam. Yaxşı sualdır. Hər bir işin öz professionalı olur, dizaynerlik də istisna deyil, dizayner olmadan yaxşı məhsul ortaya çıxarmaq yalnız mifdir, mümkün deyil. Primitiv şəkildə təsvir etsəm proses belədir: Photoshopda gözəl bir veb səhifənin şəklinin cızılması, kodlama(verstka) ilə onun html-css-ə keçirilməsi. Son proses zamanı CSS freymvorklərdən geniş istifadə olunur(Blueprint, 960 və.s.) Amma təbii ki bu işi öyrənmək lazımdır. Məncə sizin üçün ən effektiv yol xarici saytlardan hər hansı bir dizaynı purchase etməkdir. 50-70$ arası olur adətən, amma çox keyfiyyətli, istənilən zövqü oxşayan, müxtəlif rəngçalarlı, redaktəoluna bilən və.s. imkanlara malik olurlar. Siz sadəcə daxil olun templatemonster.com saytına mövzunu seçib axtarış verin bir dizayn seçib alın, sonra dizaynı sayta inteqrasiya etmək yəqin ki sizə çətin olmayacaq. Bu variant olan halda sabah saytınıza kimsə baxıb dizaynı qeyri peşəkardır deyə bilməyəcək. Kod və dizayn bir-birini tamamlayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Css ilə kölgə effekyi

phpni birinci yoxca css birinci oyrenim

CSS Menu problem

Nivo Slider`də kömək lazımdır

Saytla bağlı sual…>>

Internetden telefon almaq