Lüğətdən istifadə edə bilərsiniz belə hallarda. Məsələn Azerdict.com
Bəs invoice nədir?
Buyurun. Olmaz, İnşAllah! ;)
oldu onda yenə çox sagolun, məndə Expresslə göndərəcəm hərhalda 14 gündən gec çatmazda hə?
USPS Priority Mail® Int'l 6-10 (iş günü),
USPS Express Mail® Int'l 5-6 (iş günü) ərzində çatdırılır.
Şəxsən mən Express-lə göndərmişəm 6 günə də çatıb, 14 günə də. Yəni elə hal olur ki, başqa ölkə ərazisindən gəlib çıxır, bir başa Azrəbaycan yox. Bu səbəbdən gecikmələr olur.
Baha olmaqları da çatdırılma müddətlərinə və sığorta dəyərinə görə dəyişə bilər.
Fedex daha tez çatdırılma imkanı yaradır, təbii ki, bu da baha başa gəlir.
Məlumata görə çox sagolun. USPS Priority mail international-la göndəriləcək satıcının dediyinə görə gedişatı izləyə biləcəm. Mən feedeck-lə gəlməsini istəyərdim amma shippingdə 2 yol var priority və express, express 10$ bahadı amma səbəbini bilmirəm çatdırılma vaxtı haqda da məlumat yoxuydu. Siz bilmirsiz bele şeylər təxminən nə qədər vaxta çatdırılır?
Bəli gömrükdə saxlanma ehtimalı çoxdur. Çünki dəyəri 200$-ı keçir.
Ona görə saxlandığı halda gedib vergisin ödəməli olacaqsız.
Bəzən elə olur ki, Invoice-da qiymətini az göstərməklə də gömrükdən yayındırmaq olur. Sözsüz ki, bunu da hər satıcı etmir.
Əgər aldığınız mal, tracking #-lə göndərilsə, siz prosesin gedişatına özünüz nəzarət edə biləcəksiz.
Gömrükdə saxladıqları halda da sizə məlumat verəcəklər.