Uzantısız faylları işlətmək

İnternetdən .pdf və ya .rar uzantılı fayllar yükləyirəm. Amma tam yükləndikdən sonra fayl uzantısız görsənir və uyğun proqramları ilə açmaq olmur. Bunun səbəbi nədir və belə faylları necə işlətmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

kamaleddin (2011-09-07 00:27:54)
Bir papkaya gir üst hissədən servis-svoystva papki-vid-skrıvat rasşireniya dlya zareqistrirovannıx tipov faylov sözündən "quşu" götür və OK bas. Bundan sonra faylın adının sonuna uyğun sonluğu artır. Misal üçün - Koroğlu Dastani.pdf Bəzən opera ilə yükləmə etdikdə də problem yaranır. Yükləmə proqramı ilə də yoxla.

Asgar Mammadli (2011-09-01 17:06:36)
Melumat üçün çox sağ olun. Amma yene işləmədi. Problem proqramlarda deyil. Sonlarına uyğun uzantılarını yazdım. Pdf formatında olanları proqram işlətmir. rar formatında olanlara daxil olmaq olur, amma içində heç bir məlumat olmur(yaddaşı ən az 52 mb-dır).

kiber (2011-08-30 00:32:39)
Mən adətən bu cür vəziyyətlərdə Total Commander-dən istifadə edirəm. Lazım olan faylların sonuna internetdən yüklədiyim vaxt hansı formatda olursa, onu əlavə edirəm. Bundan sonra normal qaydasına düşür. Yəni bu cür vəziyyətlər internetdən yükləyən zaman faylın adının sonunda formatının qeyd olunmaması zamanı olur. Başqa bir səbəb həmin faylları açmaq üçün lazım olan proqramlar, sizin kompüterinizdə olmaya bilər.