Ödədiyiniz sizə göndərilməlidir.
Əgər "Buy it" etmisinizsə və müəyyən müddətdən sonra pulu ödəməmisizsə, satıcı sizin haqqınızda mənfi feedback verəcək. Bu da alıcı üçün yaxşı deyil, mənfi rəylərin sayı çox olduqda ebay hesabınızı bağlaya bilər. Ona görə almamışdan qabaq diqqətli olun.
Əgər siz sifarişi ləğv etmək haqqında satıcıya məktub yazmısızsa o bu haqqda bir cavab yazmalıdır mütləq. Çox vaxt razı olurlar imtina etməyə. Mən şəxsən 3 dəfə belə vəziyyətdə imtina edə bilmişəm.
Satıcı heç bir sorğu göndərmədi axı bu hada nə edim? ebaydakı hesabıma msj gəlib ki, sentyabrın 3-nə qədər pulu ödəməsəz satıcı müqaviləni ləğv edə blər və bundan sonra sizin bu maddəni almağa hüququnuz yoxdur.Bunu başa düşmədim mən istədiyim telefonun pulunu ödəmişəm əgər bunu da ödəməsəm ödədiyim də göndərilməyəcək?
Həmin satıcıya yazın ki, səhvən belə bir şey baş verib. Başa salın vəziyyəti.
Deyin imtina etmək istəyirəm. Həmin satıcı da sizə imtina etmək üçün sorğu göndərəcək, siz də həmin sorğunu təsdiqləyin.