Bəli sizin sifarişiniz USA-dan yenicə çıxıb, 2-3 günə xəbər çıxmalıdır arriving to Baku barədə. Orda da 1 günlük prosedur olacaq gömrüklə, əgər gömrükdə saxlanmasa evinizə gətiriləcək.
Qaldı Kindle vs Sony-yə, düzü almadan öncə mən də bunu araşdırmışdım forumlarda, bu sahənin lideri şəksiz Kindle-dır, touchscreen və.s. funksionallıqlar e-kitab üçün meyar deyil, şəxsi təcrübədən deyə bilərəm ki kitab oxuyarkən real naviqasiya düymələri daha rahat görünür, nəinki touchscreen, bəlkə də səbəb budur. Nook deyə biri də var ki parametrləri çox zəngindir, rəqəmlərdə Kindle-dan hər mənada üstün görünür. Amma istifadəçi rahatlığı Kindle-da daha çox olduğundan onun populyarlığı hədsiz genişdir. Kindle-in digərlərindən real üstünlükləri isə əsasən bunlar: 1 ay enerji saxlaması; kindle.amazon.com cloud şəbəkəsinə bağlı olub daim əl altında ən ucuz qiymətə saysız kitabların olması, əksər klassik kitablarınsa hətta pulsuz olması; aparatın qiymətinin xeyli ucuz olması.
Amma hər bir halda elektron kağız ekranlı e-kitaba sahib olmaq çox gözəl bir şeydir, hansı marka olmasından asılı olmayaraq, ona görə də əvvəlcədən təbrik edirəm :)
Your item was processed through our ISC NEW YORK NY(USPS) facility on August 29, 2011 at 7:47 am. The item is currently in transit to the destination.
Bu yəqinki deməkdir ki, ayın 29u Amerikanı tərk etmişdir :) Görəsən nə vaxta gəlib çıxar?
Salam, təşəkkür edirəm, Amazon yaxşıdır, amma Sony PRS-600 ondan da yaxşıdır, touchscreendir, sistem daha güclüdür, ekran daha böyükdür, kart dəstəkləyir + mp3 və s. formatları da götürür. e-ink ekrandır (LCD reader almaq düzgün deyil məncə).
PS. Tracking number var məndə. Belə yazılıb. İmkan varsa izah edərdiniz.
Detailed Results:
Processed Through Sort Facility, August 29, 2011, 7:47 am, ISC NEW YORK NY(USPS)
Processed Through Sort Facility, August 29, 2011, 7:47 am, ISC NEW YORK NY(USPS)
Processed Through Sort Facility, August 26, 2011, 3:52 pm, ISC CHICAGO IL (USPS)
Arrived at Sort Facility, August 26, 2011, 3:51 pm, ISC CHICAGO IL (USPS)
Processed through Sort Facility, August 25, 2011, 8:16 pm, COPPELL, TX 75099
Acceptance, August 25, 2011, 11:15 am, DALLAS, TX 75240
Electronic Shipping Info Received, August 07, 2011
200$-dan baha mallar əslində buraxılmamalıdır gömrükdən, çox hallarda buraxılır düzdür, amma buraxılmadığı hallar da olur. Sizə malı gətirən poçtun tracking səhifəsi var verilib sizə? Ya standart poçtla gəlir? Tracking səhifəsi varsa orda yazılır ki mal harda ilişib, standartdırsa özünüz getməlisiniz gömrüyə. Mən biləni 28 mayda vağzalın arxasında hündür bina var ordadır.(bu tip mallar aeroportdakı gömrükdə yox, məhz burada saxlanılır bildiyimə görə) Dəqiqləşdirmək çətin olmaz oranın yerini bilməsəz öyrənib yazaram dəqiq ünvanı
P.S. Maraqlıdır, 240$-a hansı readeri almısınız? LCD-dir ya e-ink ekran? Ən yaxşı e-reader Amazon Kindle-dır, o da 114$-dan başlayır, 3 ay öncə ebay ilə birini almışdım
Salam, bu günə qədər gətirdiyiviz mallarda 200$-dan baha olan varsa gömrükdən necə keçdiyi nə qədər vergi tutulduğu haqqında məlumat verərdizdə zəhmət olmasa.
Ebay və paypal hesabını necə əlaqələndirim?
Ebaydan Malı Paypaldan Başqa Nəylə Almaq Olar
Sony Xperia Z1 mikrofon işləmir