Buyurun, xoşdur.
Salam.Ramin Orucovun verdiyi GROUP BY variantı bizim üçün ən optimal variantdır.Məndə bu variantdan istifadə edirəm.Mən hətta sətrləidə GROUP BY -ın icinə daxil edirəm.Sonra alınan nətcəni Array Lİstə yerləşdirib istənilən kimi nəticələr almaq olur.Bir dəki cədvəllərin REFERAN-sındanda istifadə edsəndə sürətə təsir göstərəcək.(əgər sql-ndə bir neçə cədvələ müraciət edirsənsə)
Köməyə görə çox sagolun. Ramin müəllim, yazdığınız 2 ci variantla yazdım sql ləri. Həm kod sadələşdi, həm də performansda fərq etdi. Təşəkkürlər :)
Ramin Orujov-un yazdigi 2 ci variantla performance xeyli arta biler. siz code logic-de her defe konkret bir qiymet uchun bazaya muraciet olunur ve query icra edilir. Amma, Ramin yazdigi kimi, bir defe sql request verib, result set i database -den goturdukden sonra, alinmish result set uzerinde programda loop icra ede bilersiz. bu xeyli suretli ishlemelidir
Burda əsas problem bind variable istifadə etməməkdir. Selecti bind variable ilə aşağıdakı yazın, performans artacaq.
[code]
SELECT sum(sutun1) FROM tablename where setirkod='1' and kodarazi=:rayon_kodu
[/code]
Bir də başqa təklif var. Əgər bütün rayonlar üçün tək tək sum edib çıxarmaq istəyirsinizsə, onda daha yaxşı yol var:
[code]
SELECT kodarazi, sum(sutun1)
FROM tablename
where setirkod='1'
group by kodarazi
[/code]
MySQL-in dokumentasiyasında da baxa bilərsiniz bu mövzuya.
http://dev.mysql.com/doc/refman/5.5/en/optimization.html
[code]Create view test as select * from tablename[/code]
daha sonra sql də cədvəl adının yerinə test yazmalıyam?
Belə bir eksperement edə bilərsiniz. Əvvəlcə bir view düzəldin bu SQL ilə.
Sonra viewdan SELECT edin, bu zaman hər dəfə SUM() üçün hesablama getməyəcək.
Verilənlər bazası mysql dir. Məndə sql in problemi ondadırki çox sayda sql işləyir. Yəni hər rayona görə nəticələr alıram. Bütün ərazilər üzrə 8 sql 86 dəfə dövr edir, buda 688 sql deməkdir. Sql bu formadadır.
[code]
for (Rayon r: rayons){
SELECT sum(sutun1) FROM tablename where setirkod='1' and kodarazi='"+r.getKod()+"'
}
[/code]
Unique index yaratmaq üçün bu sql i yazmışam
[code]
CREATE UNİQUE İNDEX x ON TABLENAME (İD, KODARAZİ, SETİRKOD, İK)
[/code]
Yazdığım sql lər tam dəqiq deyil, amma oxşardır. Unique indexi mümkün qədər çox sütuna görə yaratmışam. Bu çoxluqda sql in işini sürətləndirmək üçün neyləmək olar?
Verilənlər bazası hansıdır? SQL tuning geniş bir sahədir. Çox faktorlar var:data model, indekslər, join tipi, şərtlər, statistika və s. Daha çox məlumat lazım.
SQL optimallaşdırma üçün xeyli üsullar var. Siz əgər unique sütun təyin edib onu index-ləmisinzə, o halda ola bilər ki query-nin özündə hər hansı problem var. Nümunə query-ni burda yerləşdirin baxıb bir şey demək olar. Sorğuda günah olmasa başqa variantlara baxmaq olar sonra
Saytın serverdə yerinin dəyişdirilməsi
innoDB necə enable edə bilərəm?
Azərbaycanda təlabat olan İT sahələr
MySql: çoxlu tablelərdən select etmək.