Microsoft Dream Spark və AzTU

Salam Mən Azərbaycan texniki universitetinin tələbəsiyəm Micrsoft Dreamspark lahiyəsi çərçivəsində Microsoft Visual Studio proqramlarını(proqramlaşdırma sahəsində) tələbələr pulsuz yükləyib istifadə edə bilərlər. Dəstəklənən universitetler siyahisinda Azərbaycan Texniki Universitetinin də adı var lakin mənə universitetimin saytıyla bağlı(.edu) e-mail ünvanı lazımdır Onu necə və hardan əldə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

L-mar Abbasov (2011-09-11 12:47:45)
Əhməd məni düz başa düşdü =) OpenSource barədə fikrimi dəyişə bildiniz) Bəs onda C++ üçün hansı İDE məsləhət görəbilərsinizki OpenSource olsun?

ahmeds (2011-09-11 10:42:47)
Open Source pulsuz demək deyil. Open Source o deməkdir ki, sən proqramın mənbə kodun əldə edə bilərsən, pulsuz, dəyişə bilərsən, başqa şəxsə ötürə bilərsən. Amma əgər proqramı kompilyasiya edib ikili fayl alsan, onu sata da bilərsən . Yəni Open Source ilə əldə etdiyin proqram bir növü sənin mülkiyyətinə çevrilir. Amma çox hallarda open source proqramçıları öz etdiyi yaxşı dəyişikləri hamının görə bilməsi üçün open source qrupuna təqdim edirlər. Misal üçün mən saytlarda Open source developer kimi işlərə baxıram. Nümunə kimi open source gcc kompilyatorunu verilimiş linux distro üçün və ya xüsusi arxitekturalı cpu üçün tuning etmək(uyğunlaşdırmaq, optimallaşdırmaq) tələb olunur. Amma üçüncü şəxsə sata bilmək məsələsi bütün open source proqramlara aid deyil bunun üçün müxtəlif lisenziyalar mövcuddur. Misal üçün GPL lisenziyası satmağa icazə verir səhf eləmirəmsə. Amma bizim üçün (Azərbaycan reallığı) məsələnin gəlir tərəfi əsas deyil. Biz open sourcedan əsasən örgənmək üçün istifadə edirik. Çünki nə əməliyyatlar sisteminin əasasları, nə kompilyatorların iş prinsipi, nə kompüter arxitekturası bizim universitetlərdə tədris olunmur. Belə halda harwardda oxumağa imkanı olmayanlar üçün , OPEN SOURCE yeganə çıxış yoludur.

admin (2011-09-10 22:47:06)
Son abzasınızla razı deyiləm, orda səhv anlaşılma olub bir az. Developer hansı platformada işləyir işləsin, bunun onun pul qazanmasına nə dəxli? Axı biz demirik ki, siz open source istehsalçısı olun gələcəkdə, biz dedik open source platformalarda işləyin. Pulu da orda qazanın. Hələ ki öyrənin, amma .NET-ə filan aludə olmayın. Sonrası yaxşı olar. :)

L-mar Abbasov (2011-09-10 21:44:15)
Admin,cavabınız çox xoşuma gəldi Ama mənə *hələlik* asan və hazır lazımdır...proqramlaşdırma sahəsinə təzə başlamışam və open-source proqramları öz istəyimə uyğunlaşdırmağı bacarmıram 1 şey də var ki Opensource olan proqramın developer-i bundan hansısa gəlir gözləmirsə və onun *ixtirası* heç bir pullu mənbəyə dayanmırsa,bunun nəticəsinin də professional olması həmişə mümkün olmur

admin (2011-09-10 21:20:09)
Səhv də burdadır. Open Source-lar heç də kommersiyalardan zəif olmur, əksinə əksər hallarda güclü olur. Linux vs Windows məsələn. Kommersiyaların əsas üstünlüyü o ki "hazır olsun, asan olsun" prinsipidir. Open Source-larda isə bir növ özün yığıb, seçib, analiz edib yığırsan lazımi alətləri əl altına. Bir sözlə nə asandır, nə də hazır. Amma əvəzində pulsuzdur, daha keyfiyyətlidir, daha təhlükəsizdir və.s. Məncə proqramlaşdırma sahəsinə daxil olmuş şəxs asanlıq, hazırlıq dalıyca getməməlidir. Özü özünə yaratmalıdır o "asanlıq, hazırlılığı".

L-mar Abbasov (2011-09-10 19:21:17)
Çox sağolun hamınız məsləhətlərə görə Əhməd mənim microsoftla elə də probıemim yoxdur...hərhalda bir-çoxları onun məhsullarından istifadə edir Opensource hərhalda normal halda satılan bir proqramdan üstün olmaz,ona gorə istəyirəm müvəqqəti də olsa istifadə edim,sadəcə maraqlı gəldi Firəvan ölkəmizdə İT təhsil alanlar üçün necə imkanlar var...

ahmed (2011-09-08 12:18:29)
Belə məlum olur ki, İT sahəsi üzrə təhsil alacaqsan. Mən Bakı Dövlətin TRK fakultəsini bitirmişəm. Sənə qardaş məsləhəti verirəm. Bacardığın qədər Microsoftdan, onun bütün proqram məhsullarından, o cümlədən Windows ailəsi ə.s. -ri, Visual Studio kompilyatorlar paketi, v.s. və onları dolayı dəstəkləyən bütün proqram təminatından (Delphi v.s.) bacardığın qədər uzaq ol. Öz proqramlaşdırma təcrübəni bu cür şeylərlə zəhərləmə. Əgər bu sahə üzrə niyyətin ciddidirsə dərhal keç Linux-a. Əsl proqramçıların sistemi. Hər şey pulsuz, açıq kodla. Yuxarıda yazılanları oxuyuram dəhşətə gəlirəm. Sən haradasa üzv olmalısan, 4 ildən sonra update dayanır ... Biabırçılıq. www.kernel.org Linux nüvəsi pulsuz yüklə, hamı üçün. www.gnu.org gcc kompilyatoru pulsuz yüklə, hamı üçün. ..... nüvədən tutmuş mətn redaktoruna qədər hər şey açıq kodla, pulsuz, hamı üçün.

Bahruz Garamammadov (2011-09-08 10:23:56)
.edu və ya hər ölkənin özünə məxsus təhsil müəsisələrinə verdiyi domain adı lazımdır DreamSpark proyektindəki pulsuz proqramlardan istifadə etmək üçün. Azərbaycanda bu səhv etmirəmsə edu.gov.az-dır. Ama bizim universitetlər İKT-ni dəhşət güclü istifadə etdikləri üçün demək olar tələbə, müəllimləri bu cür emaillərlə təmin etmirlər. Çətin ki AzTU-da bu işi görmüş olsun. DreamSpark-a gəldikdə Microsoftun ənənəvi marketinqindən başqa bir şey deyil. Məqsəd tələbələrin alt şüuruna MİCROSFTu yeritməkdir. O layihənin verdyi app-lar həmişəlik hədiyyə deyil. Universiteti bitirdikdən sonra avtomatik olaraq məhsul üçün update-lər kəsilir. 4 il bu məhsuldan istifadə etmiş tələbə məcbur olub pul verib alır. Elektron məhsullarla bağlı dəyişən xərc sıfır dollar olduğuna görə Microsoft bir şey itirmir əksinə switching cost (yəni başqa məhsula keçmək çətin olur) yaradır müştəri üçün. OpenSource bütün dərdlərin dərmanıdır:) Eyni zamanda microsoftun express edition məhsullarını da istifadə edə bilərsiniz. normalda təhsil üçün kifayət edir.

admin (2011-09-06 14:01:30)
Xeyr, mümkün deyil. Bu universitet daxili işdir. Uğurlar sizə təhsilinizdə.

L-mar Abbasov (2011-09-06 13:41:22)
Mən hələ bu il qəbul olunmuşam və hələ universitetde olmamişam Hərhalda düşünürdümki bunu belə etmək mümkündür Təşəkkür

admin (2011-09-06 11:10:43)
Salam. Bununla bağlı mütləq universitetdəki İT bölməsinə müraciət etmək lazım. O tip maillər manual olaraq yaradılır və bu imkan ancaq sayt administratorunda olur.