Sayt hazırlanma qiyməti

Salam. Baha qiymətə yığılan sayt ucuz qiymətə yığılan saytdan nə ilə fərqlənir? Mən müraciət elədiyim vebmasterlərin hərəsi 1 qiymət deyir. Dlematik.com da verilən sayt yığmaq dərsləri düzdür?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ilkin Alibeyli (2011-09-12 11:40:40)
Bəziləri CMS-la yazıb, hazır pulsuz dizayn yukləyib 200-300 manata sayt hazırlayır və keyfiyyəti çox aşağı olur saytların. Onları İnternetə buraxılan gündən sonra sizi illər boyu problemlər gözləyir: 1) Təhlükəsizlik (CMS kodları bütün hackerlər tanıyır) 2) Sistemin idarəetməsində bir çox növ problem yaranacaq, çünki CMS-də olan 90% funksiya sizə heç də lazım olmayacaq. 3) Bahalı hostinq almağa məcbur olacaqsınız, çünki CMS in o həmin 90% funksiyası serveri "yatızdıracaq". Sifarişiniz üçün xüsusi şəkildə hazırlanan sistemin isə üstünlükləri: 1) Sizin saytıvızın kodlarını sizdən və saytı quran proqramçıdan başqa heçkim bilmir, yaxşı yazan proqramçı ilə işləsəniz, təhlükəsizlik çox yüksək dərəcədə olur. 2) Sistemdə ancaq sizə lazım olan funksiyalar olacaq, - sadə və anlanan variantda. 3) Serverə o gədər də naqruzka düşmiyəcək. Amma əllə yazılan skript CMS-dən 4-5 qat baha ola bilər, çünki CMS yazanlar həmin CMS-i minlərlə adama 100 dollardan satır, sizin üçün sayt yazan adam isə ancaq sizə onu satır, və beləliklə qiyməti qat qat çox ola bilər.

NModern (2011-09-10 01:51:46)
Ucuz sayt hazır templeytdən düzəldilir, Baha sayt üçün dizayner dizayn verir. Ucuz saytı DLE-nin və ya vvordpressin və yaxud da Joomla-nın üzərində yığırlar, Baha sayt isə Xüsusilə hazırlanmış `mühərrikin` üzərində yığılır. Fərq çoxdur.

Cahandar Musayev (2011-09-06 19:59:18)
Bir çox fərqi var.Ucuz yazılanla baha yazılan arasında funksiya fərqi də ola bilər.Ucuz yazıla bir saytın funksiyalari az,baha yazılanın isə çox ola bilər.Bir də dizayn fərqi var.Ucuz yazılanlar çox vaxt sadə olur,amma baha yazılanların dizaynı daha yaxşı ola bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Videonu MP3-ə çevirən proqram

Pulu domeni Pulsuz etmək

WordPress-ə nəsə olub?

Ən çox pulsuz hostinq verən sayt hansıdı?

Bu saytı hansı CMS-də yığa bilərəm?

WordPress saytında adsense reklamları görünmür