WiFi və parol

Salam, evimdə olan modemin WiFi-na parol qoymuşam. Evdə iki dizüstü kompüterim var. Təhlükəsizliklə əlaqədar olaraq WiFi-ın parolunu tez-tez dəyişməli oluram, bu zaman kompüterlərim modemlə avtomatik əlaqə yaradır və parol hər dəfə daxil edilməsin deyə yaddaşda olan artıq köhnə sayılan parolu daxil edir və internetə qoşulur, məsələn, dünən parolum "111" olub, bu gün onu dəyişib, "222" etmişəm, noutbuk modemin parol sorğusuna "111" kimi cavab verir. Fəqət parol əslində "222"dir, mən bunu bilsəm də, kompüter bunu "dərk etmir". Bu zaman parol dəyişdirildiyindən internetə girə bilmirəm. Formatdan başqa ağlıma çarə gəlmir. Sual: Elə etmək olarmı ki, WiFi parolunu dəyişəndə kompüterin hansısa "yerindən" köhnə parolu "sıfırlayım" ki, modem formatda olduğu kimi mənə parolu daxil etmə sorğusu versin?!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

IT Manager (2011-09-16 08:35:45)
Sitat " Təhlükəsizliklə əlaqədar olaraq WiFi-ın parolunu tez-tez dəyişməli oluram" Sitatin sonu Deyirem Ne yaxshi ki Bankda zadda ishlemirsiz :-))) Allah saxlamish birdefelik bir parol qoy ora qurtarsin getsinde . eger ne vaxtsa nedense shubelendin gir modemin qoshulma loqlarina bax. ve yaxudda Mac filteri aktiv ele. o ki qaldi sizin sualiviza onun helllini size yazim. Windows 7 ucun girin Control Panel => Network and Internet => Manage Wireless Networks da olan SSID qoshulmalari ya redakte edin yada silin

Anar (2011-09-15 13:29:53)
2 təklifim var. 1) Birdəfəlik çətin bir 9-10 simvollu olan parol qoyun 2) Modemdə MAC-address filter deyilən bir option var. Orda yalnız sizin kompüterin MAC-ünvanını daxil edsəniz (lan card-in profilinde baxmaq olar), paroldan asılı olmayaraq heç kim bu wi-fi qoşula bilməz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İOS 7.1 İnternet Paylaşımı ?

wifimi tapa bilmirəm

wi-fi modemdə parol bərpası

Wifi parolunu dəyişmək

WiFi wpa2 kilidə necə qoymaq olar?

Şifrələrin təhlükəsizliyi haqqında