Bakcell Pulsuz Facebook

Salamlar. Mənim Cin nömrəm var.İnterneti açıqdır. o.facebook.com-a girirəm. Deyilənə görə bu adres facebookdan pul çıxmır. Yalnız Bakcellərdə. Məndə də bakceldir. Sinif yoldaşlarımda alınır. Girirlər nə qədər otururlar. Pul çıxmır. Amma məndə çıxır. Niyə?

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

_antivirus_ (2011-09-22 20:04:16)
https://www.facebook.com/#!/groups/azeri.developers/ Aze Man niki ilə həllini yazmışam.

admin (2011-09-22 11:27:41)
Bolt browser yoxlayın.

L-mar Abbasov (2011-09-22 10:35:42)
Admin....O.facebook-da da pulsuz olmalıdır 0.facebook-da da,onun fərqi yoxdur

Rovshan Musayev (2011-09-19 22:38:20)
Bes bu meselele Blackberry-de neca hell olunur? Blacberry-nin oz browseri ile umumiyyetle interneta girmek olmur

admin (2011-09-19 14:12:36)
Bir şeyi də deyim, siz sualı yazarkən o.facebook.com yazmısınız, o deyil haa 0-dır, yəni o hərfi yox, 0(sıfır) rəqəmi olmalı: 0.facebook.com

Nicat Behbudov (2011-09-19 13:41:39)
Nokia 5230.Xeyr Mən heç bir şəkil və ya video keçid əlavə etmirəm.Sadəcə girirəm.Və çıxanda kontur çıxır :(

admin (2011-09-19 11:21:00)
Telefonunuzun modelini deyin lütfən. P.S. Pulsuz trafik bildyiniz kimi facebookun bütöv özünə yox, yalnız 0.facebook.com-a aiddir, və ordan şəkillərə videolara keçid etdikdə yenə kontur çıxacaq. Pulsuz olan yalnız, mesaj, status, şərh və.s. mətn əməliyyatlarıdır

Nicat Behbudov (2011-09-19 10:57:11)
Yox hec opera deyil.Təmamilə adi bir brauzerdi.Amma yenə də kontur uçur :((

admin (2011-09-19 09:51:30)
Elə telefonlar var ki onların öz brauzeri Opera Mini-dir, görüntücə oxşamasa belə. Məsələn Nokia X2

admin (2011-09-19 09:50:30)
İstənilən brauzer

Nicat Behbudov (2011-09-19 09:45:02)
Yox hörmətli Admin.Mən Opera iə girmirəm.Telefonun öz brauzeridi.Amma yenə də kontur çıxır.Niyə?

_antivirus_ (2011-09-18 22:26:56)
admin, pulsuz qoşulmaq üçün konkret hansı digər browser məsləhət görərdiniz ?

admin (2011-09-18 18:52:27)
Siz yəqin ki, Opera Mini-dən daxil olursunuz. Telefonun öz brauzerindən, və ya hər hansı Operadan fərlqi brauzerdən daxil olsanız sizdə də 0.facebook.com pulsuz olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook səhifədən gəlir götürmək?

Facebook bildirişlərin qarşısını almaq istəyirəm

Facebook-a aid sual.

Fb-da Abune Ol Düyməsi Yoxdur

Facebook Messenger yükləyə bilmirəm

Facebook-da məxfilik