Buyurun, xoşdur.
Ətraflı cavablara görə təşəkkürlər!
Burada söhbət müxtəlif bazalardan gedir. Export və import ilə istədiyinizi edə bilərsiniz. Bütün bazalardakı email və parolları ayrı ayrı text fayllarına export edin(csv formatında). Daha sonra isə yaratdığınız əsas cədvələ import edin. İstənilən mysql client proqramında export, import imkanı var. Əgər email sütunu üçün primary key və ya unique constraint təyin etmisinizsə, export zamanı təkrarlanan emaillər üçün problem çıxacaq, sadəcə skip edib, onun üstündən keçə bilərsiniz.
Əgər o müxtəli cədvəllərdəki parol və emaillər təkrarlanmırsa onda yeni bir cədvəl yaradın, deyək ki maintable adlı. İki dənə sütunu olsun passvord və email. Sonra o biri cədvəllərdən parol və emaili select edib yeni maintable-a insert edin. deyək ki artıq maintable yaratmısınız və 2 dənə də table1 və table2 cədvəlləriniz var ki parol, email saxlayır özündə.
INSERT INTO maintable VALUES
(SELECT t1.parol, t1.email
FROM table1 t1);
INSERT INTO maintable VALUES
(SELECT t2.parol, t2.email
FROM table1 t2);
Bu table1 və table2-dəki parol və emailləri əsas cədvələ maintable-a insert edir.
Əgər table1 və table2-də təkrarlanan parollar və emaillər var bir az qarışır mövzu.
Yəqin daha asan və səmərəli üsulu da var bunu etməyin, Ramin müəllim yazar :)