DVD ROM-RW driver problemi

Salam, Bu yaxınlarda notebook-mu formatlamaq, yenidən qurmağa qərar verdim. Kompyuterin modeli Sony VAIO VGN-CS230J, əməliyyat sistemi Windows Vista Home Premium (ENG). Əlimdə crack olunmamış Vista diski var. Əvvəlcə Driver Magician-la driverlərin back-up-nı aldım. Windows-u yenidən qurdum, driver-ləri restore elədim. Amma bəzi funksiyalar işləməməyə başladı. Sony e-support saytından yeni driverlər endirib qurdum. Bəziləri quruldu, bəiziləri alınmadı. Keçən ildən qalma driver-ləri yazdığım disk vardı, onu taxdım, driverləri ordan install etdim. İstədiyim funksiyalar geri qayıtdı, amma bu dəfə DVD R-RW-ni (MATSHITA DVD-RAM UJ880AS) tanımamağa başladı. Driver-ni install edirəm, amma load olmur. Device Manager-də driver status-da aşağıdakı error yazılır: Windows cannot start this hardware device because its configuration information (in the registry) is incomplete or damaged. (Code 19) Click 'Check for solutions' to send data about this device to Microsoft and to see if there is a solution available. Windowsu iki dəfə yenidən qurdum: effekt eynidir. Bu barədə hər hansı fikri olan var? Yoxsa Vista-dan tamamilə imtina etməli olacam. :)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Tural Əlisoy (2011-10-05 20:06:00)
siz ümumiyyətlə Vistadan imtina edin. Çünki Maykrasoftun ən pis sistemlərindən biridir. Vistada ümumiyyətlə səs çox zəifdir digərlərinə nisbətdə, ən yaxşısı özünüzü Vindous 7 öyrəşdiriz.

admin (2011-10-05 18:21:26)
Salam. Özünüz də prosesi dolayı yollarla etdiyinizi yaxşıca təsvir etmisiniz. Şəxsən mən düşünmədən 0-dan həll düşünərdim, hazırki vəziyyətlə irəli getməkdənsə. Yəni tutaq ki bir-bir driverləri yoxladınız və nəhayət hər şey işləmiş kimi göründü, amma inandırım ki yenə də problemlər çıxacaq və üstəgəl çıxmadıqca belə "ay bu dəqiqə error verəcək" narahatlığı da çəkilib getməyəcək. :) 0-dan həll dedikdə Vistadan imtina edib Windows 7 ya XP filan yazmağı nəzərdə tuturam. P.S. Windows işlətmədiyimdən təəssüf ki, texniki həll yolu göstərə bilmədim, yazdığım ümumi şəxsi fikirlər oldu :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Skaner barərədə sual

AR81Family Gigabit sehvi

Windows 7 64 bit iso

Ubuntuya driver lazımdır?

Vebkamera drayveri problemi

Bluetooth driver