Ilk antivirus proqramı


Dünyanın ilk antivirus proqramı hansı olub?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

admin (2011-10-11 00:01:44)
Cavabı Xəyal Kərim verir: Gəlin ilk öncə dünyanın ilk virusunu aydınlaşdıraq. Mənbələrdən məlum olur ki, ilk virus 1971-ci ildə Creeper Virus adı ilə peyda olub və ARPANET şəbəkəsi ilə yayılıb. İlk dəfə bu virus ilə yoluxma baş verəndə kompüterin ekranında "I'm the creeper, catch me if you can!" ("Mən creeperəm, bacarırsansa məni tut!") mesajı çıxıb. Bu virusun öhdəsindən The Reaper adlı proqram gəlib Lakin bu proqramı ilk antivirus adlandırmaq doğru olmazdı, çünki o zamana qədər İT terminologiyasında "virus" sözü hələ yox idi. Termin olaraq virus sözü ilk dəfə olaraq 1983-cü ildə amerikalı informatika alimi Frederick B. Cohen tərəfindən leksikona daxil edilib. Daha sonralar Creeper-i izləyən bir çox viruslar ortaya çıxıb, lakin rəsmi olaraq ilk antivirus proqramı bir neçə il sonra işıq üzü görüb. Bu proqram self-reproduction (öz-özünə reproduksiya) adlanıb. Bunun mənası bu idi ki, bu proqram virusu özünü kopyalamaqdan imkanından məhrum edirdi, lakin virusun özünü kompüterdən silmirdi. Qeyd etmək lazımdır ki, bu proqram indiki antiviruslar kimi kompüterin tam mühafizəsini təşkil etmirdi. O ki qaldı, virusu silən (aradan qaldıran) ilk antivirus proqramına, güman edilir ki, bu proqram 1987-ci ildə Bernd Fix tərəfindən tərtib edilib. Bu antivirus proqramı Vienna Virus adlı virusu silməsi ilə məşhurluq qazanmışdır. Yeri gəlmişkən onu da deyək ki, bu virus ən stajlı virus kimi hələ də ortalıqda gəzən bir virus olaraq qalmaqdadır. Bəziləri isə belə hesab edirlər ki, Fix dünyanın ilk antivirusu olmaya da bilər, belə ki, təxminən eyni zamanda Atari korparasiyası G Data Software şirkəti ilə birlikdə G Data adlı antivirusu təqdim etmişdir. İndi bu məsələ bir qədər mübahisəli qalsa da biz ilk antivirusçuları dərin minnətdarlıq hissi ilə yad etməliyik ki, onlar ilk zamanlardan bizim təhlükəsizliyimizin qeydinə qalmışdılar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Antivirus avast-da nida işarəsi var

Antivirus görsənmir

Mobil antivirus axtarıram

Kaspersky yandex versiya

dr.web necə deaktiv etməli?

Google-da axtarışda problem