Google Adsense reklamları və Azərbaycan saytları…

Salam Dostlar. Bildiyimiz kimi, Google Adsense hesab açmaq üçün müraciətlər zamanı Azərbaycan dilli saytları dəstəkləmir.Amma,buna baxmayaraq Azərbaycan türkçəsində olan müxtəlif saytlarda çoxsaylı Adsense reklamlarına rast gəlinir. Bizim çox əvvəllər ingilis dilli blog üçün açdığımız Adsense hesabı var. Sizce, bu kodları Azərbaycan türkcəsində olan saytda yerləşdirsək,daha çox faydası olar yoxsa, zərəri? Mümkünsə,mövzu ətrafında fikirlərinizi bilmək istərdik. Öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2011-10-17 02:47:55)
Təşəkkürlər,Admin!

admin (2011-10-16 13:21:35)
Salam. Bu barədə bir dəfə də sual-cavab olmuşdu burda. Qısaca deyim ki, Azərbaycan türkcəsində olan saytlarda yerləşdirilən reklamlar siz deyən kimi dolayı yolla edilir, yəni xarici dilli bir sayt adına əldə olunub sonra Az. dilli sayta yerləşdirilir. Bu birbaşa Adsense qaydalarının pozulmasıdır. Google adətən bu qaydanı pozanları bloklamasa da, bəzi hallarda blokladığı da olur. Yəni risklidir. Bundan əlavə normal gəlir imkanı da yoxdur. Adsense bizim dili dəstəkləmədiyindən Adsense botu saytın məzmununu bizim dillə tutuşdurub uyğun reklam da qoymur. Və belədə tematik reklamlar olmayanda ancaq ən ucuz 1 centlik reklamlar çıxır, onunsa gəliri çox cüzi olur. Bildiyiniz kimi ingilisdilli tematik saytlarda mövzudan asılı olaraq bir klikdən 10, 20, 30 cent, hətta 1 dollar da qazanmaq mümkündür. Amma bizim dildə olanda adətən 1 cent olur, ona görə gəlir 10,20 dəfələrlə az olur. Yuxarıdakıları yekunlaşdıraraq 2 səbəbdən məsləhət görülmür bu iş: 1. Qayda pozuntusudur 2. Gəlir çox cüzidir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qazancı yüksək olan iş

Para kazanma devre dışı bırakıldı

Saytda reklam verən və reklam edən bir-birilərini necə tapmalı?

Facebookda reklam pulu necə ödənilir?

Adsense popup reklamına icazə

Reklam şirkətləri