Domen qeydiyyatı

1. Hər hansı bir saytdan domen aldıqda o domenin sizə aid olduğuna dair rəsmi sənəd verilirmi? 2. Domenin qeydiyyat müddəti başa çatdıqda xəbərdarlıq etmədən digər şəxsə satıla bilərmi?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Azerbaycan (2012-05-19 17:10:00)
.az domenlerində sənəd verilir

admin (2011-10-18 13:41:06)
Xeyr, verilmir, nə sənəd tələb olunur, nə də verilir. Əgər internet üzərindən alırsınızsa. Yox əgər hər hansı yerli hostinq firmadan domen alırsınızsa, mümkündür ki o firma sizə üzərində möhürü olan hər hansı sənəd təqdim etsin ki filankəs bizdən filan domeni aldı. Bu firmanın özündən asılıdır.

kamaleddin (2011-10-18 11:42:19)
Cavabınız üçün təşəkkürlər. Mənim soruşmaq istədiyim domeni alarkən o domeni alan şəxsə domeni satan qurum tərəfindən sənəd verilirmi? Misal üçün; " saytadi.com domeni 31.12.2012 tarixinədək Fılankəsov Fılankəsə məxsusdur."

admin (2011-10-18 09:27:13)
1. Əcnəbi saytlardan domen alarkən heç bir sənəd tələb olunmur, lazımi məlumatları formaya siz daxil edirsiniz və bu məlumatlar domenin kimə sahib olmasının əsas göstəricisi olaraq qalır domen qeydiyyat sistemində. 2. Öncədən mütləq xəbərdarlıq edilməlidir. Deyəsən minimum 15 ya 20 gün əvvəlcədən. Ondan sonra təkrar xəbərdarlıq da olur.(Email ilə) Müddət bitənədək bunu bir neçə dəfə təkrar edirlər. Siz bu xəbərdarlıqlardan sonra asanlıqla domeninizin vaxtını uzada bilərsiniz. Yox uzatmasanız. başa çatdıqdan sonra bəli, kimə istəsələr sata bilərlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

.AZ domeni

Domen qiymətləri

Dedicated server(my.cnf,httpd.conf,nginx.conf)

Domen qeyd etmək üçün sayt seçimi

Domain və Hosting nə cür alım nə cür quraşdırım

Ucozda domen almaq