Hansı ödəmə sistemi daha faydalıdır?

Salam Dostlar. Sizcə, Azərbaycanda elektron ticarət saytı üçün hansı ödəmə sistemindən istifadə etmək daha faydalıdır? Eşitdiyimə görə, bəzi ödəmə sistemləri satışdan kifayət qədər böyük faiz tuturlar... Cavablarınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Elvin Hacı (2012-08-27 02:19:54)
Azericard azericard dəstəkli bankları(əsas böyük banklar), Goldenpay millicard dəstəkli bankları əhatə edir. Amma yalnız hesab açmaqçün. Ödəniş isə fərq etməz, istənilən elektron kartdan mümkün, hətta xarici bank kartından belə. Əlavə haqq olmur. Mən azericardla işləmişəm, bütün prosedurlar pulsuzdur.

Jurnalist (2012-08-26 22:55:36)
Öncə, cavabınız üçün təşəkkürlər, Elvin bəy! Bildiyimiz kimi qoşulma Azericard sistemində pulsuz, Golden pay şirkətinidə isə 150 AZN-dir. Bəs , posterminaldan başqa ödəniş sistemi kodlarının sayta tam inteqrasiyası üçün əlavə haqq alınırmı və alınırsa hansı məbləğdə? Həm də səhv etmirəmsə bu sistemlərin heç biri Azərbaycandakı bütün bankları tam əhatə etmir, elədirmi?

Elvin Hacı (2012-08-26 22:39:39)
Qarşılıqlı iş ilə. Onlardan bir nəfər ayrılır daim mail yazışmaları edir sizin tərəf ilə, bütün lazımi dəstəyi verir inteqrasiya üçün, sonda test ödəmələr edilir hər şey düzdürsə real sistem işə salınır.

Jurnalist (2012-08-26 22:16:53)
Azericard və Goldenpay xidmətinin məhsullar üzrə ödeniş php-lerinin sayta tam inteqrasiyasını hansı tərəf və ya kim həyata keçirir?

Orxan.256 (2012-07-06 12:57:01)
salam Emil_Rustamov.sizin paypal hesabınız azərbaycan adınadır?siz pullarınızı azərbaycanda nəğdləşdirirsiniz?birdəki maraqlıdır paypal pul saxlamırsa bes paypala pul köçürsem o pul hara gedecek?

Emil_Rustamov (2012-04-23 14:43:54)
Admin bəy, bildiyim qədər PayPal pul saxlayır balansda. Bank olmasa da ödəniş təşkilatıdır, hətta ödəniş (plastik) kartı da buraxır bu PayPal, indi də ödənişlərin fiziki olaraq qəbulunu (POS terminal) fikirləşir artıq. Mənim xarici bankda ödəniş kartı hesabım var və ona bağlı Paypal akauntu var. PayPal balansımı istədiyim kimi idarə edib, pulu həmin xarici karta göndərib daha sonra onu istənilən ATM-də nağdlaşdıra bilirəm. Lakin bu yol sərfəli deyil, tam əminliklə deyə bilərəm ki AzeriCard və GoldenPay tarifləri daha sərfəlidi.

admin (2011-10-20 00:41:57)
İsmayıl bəy, Azərbaycanda olduğunuz halda Paypalı Türkiyədəki hər hansı hesab vasitəsilə nəqdləşdirmək praktikanız varmı? Bunu etmisinizmi? Əgər hə isə lütfən proseduru aydın şəkildə paylaşın, çünki bunu çox adam deyib etmək olar, amma heç biri etməyib, hamsı ondan bundan eşidənlərdir. Paypal balansda pul saxlamır, bank deyil ki saxlaya, ona görə də dərhal köçürməni reallaşdırmağa cəhd edir, əgər hesaba qoşulmuş bank dəstəklənən bank deyilsə, Paypal ödənişi geri qaytarır. Ona görə də bu məsələ problemli məsələdir, yoxsa elə pulu yığardım qalardı Paypal hesabımda, nə vaxtsa xaricə yolum düşəndə gedib orda nəqdləşdirərdim.

İsmayıl İsmayılov (2011-10-19 16:49:10)
Ən rahatə paypal ilə ödənişlər qəbul etməkdi. Düzdü Azərbaycan üçün nəğd pul çıxarmaq olmur. Amma ki qeydiyyatdan keçərkən Türkiyə göstərsəniz bu problem həll olur. Hesabınıza toplanmış məbləği 5 dollar ödəyərək kartınıza köçürə bilərsiniz. beləliklə 1000 dollar qəbul edilirsə siz cəmi 23 dollar ödəyirsiniz (1,8% + 5$)

admin (2011-10-19 00:40:30)
Salam. Məncə ən optimalı Azericard-dır. Digər alternativ isə Goldenpay-dir. Hər ikisində faiz çox cüzidir(Azericardda 1% + 2% bank = 3%, 97% sizindir). Sadəcə Azericard daha stabil işləyir, qoşulma pulsuzdur, fiziki şəxs VÖENi tələb olunur. Goldenpayda isə qoşulma 150 azn, hüquqi şəxs tələb olunur(VÖEN,şirkət,möhür) və bir də arabir problemlər olur saytlarında. Digər variantlar isə məqbul deyil. SMS nömrə ilə ödəmə asan olsa da daha çox kütləni əhatə etsə də tutulma haqqı dəhşətlidir, təxminən 70%, sizə qalır 30%. Paypal və Google Checkout da çox sərfəli olardı amma ordakı hesabınıza gələn pulu Azərbaycanda yaşayaraq nəqdləşdirmək problemli məsələdir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Elektron alış veriş – plastik kart

Ebayda satıcı fırıldaqçıdırsa nə edə bilərəm?

Poçtla elektrotexnika məhsulu sifarişi

DealExtreme’də alış-veriş necə edilir?

Amazon.com-dan aliş-veriş

Azericard inteqrasiya