Windows-da Ubuntu quraşdırarkən çıxan səhv və onun həlli

Salam dostlar. Bu gün sizə bir problemin həll variantını danışacam. Bir neçə gün bundan qabaq Windows XP-yə (oxunuş: Vindous İKSPİ) Ubuntu quraşdırmaq istəyirdim. Lakin belə bir səhvlə qarşılaşdım. "Windows-Disk" yoxdur. Amma unutmadan deyim ki, bu digər hallarda da qarşınıza çıxa bilər. Bundan necə qurtulmaq olar sualına gəldikdə isə belə etməlisiniz: Пуск (Pusk və ya Başlat) menyusundan Выполнить-ə (Vpolnit və ya İcra et) daxil olaraq "regedit" sözünü yazırıq.. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows daxil oluruq burada sağ tərəfdə "ErrorMode" sözünü tapırıq üzərinə iki dəfə sıxdıqdan sonra orada yazılmış sıfır (0) rəqəmini iki (2) ilə əvəz edirsiz. Bu qədər problem həll olunmuşdur. Təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Tural Əlisoy (2012-03-11 18:17:46)
Əlavə olaraq deyim ki, pyrun.exe səhvinidə bu yolla həll edə bilərsiz

Tural92 (2011-10-25 21:20:44)
Əla, işə yaradı. Çox sağol

Tural Əlisoy (2011-10-25 11:22:34)
texniki qüsurlar buraxmışdım yazıda. redaktə etmək istədim lakin icazə yox idi. düzəltməyin yaxşı oldu. təşəkkür və redaktə etmə şansıda olsa yaxşı olar. :)

admin (2011-10-25 11:20:15)
Cavabı cavab hissəyə də kopyalayaq ki, format düzgün olsun :) Sitat: "Bundan necə qurtulmaq olar sualına gəldikdə isə belə etməlisiniz: Пуск (Pusk və ya Başlat) menyusundan Выполнить-ə (Vpolnit və ya İcra et) daxil olaraq "regedit" sözünü yazırıq.. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows daxil oluruq burada sağ tərəfdə "ErrorMode" sözünü tapırıq üzərinə iki dəfə sıxdıqdan sonra orada yazılmış sıfır (0) rəqəmini iki (2) ilə əvəz edirsiz. Bu qədər problem həll olunmuşdur. Təşəkkürlər..."

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DirectAdmin system message