eBay-da mal gəlməsə?

Salam. Mən eBaydan flaşka almışam indi tutax ki, o gəlmədi ya da ki, gəldi amma mənə xəbər eləmədilər poçtdan mən nə edim? Bəlkə də heç göndərməyiblər onda öz pulumu necə geri alım?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ZZ_ko (2011-11-29 15:01:29)
Oz pulunuzu NECƏ geri almaq haqqında məncə Alişa başdamamazadan əvvəl öyrənmək lazımdır ,bu sualın ciddiliyini oz praktikanızda hiss etmək istəmirsizsə.

ZZ_ko (2011-11-29 14:56:36)
".. gətirəndə shipped yazırsa deməli göndərilib, aktiv deyilsə deməli hələ də göndərilməyib." - bu informasiya o qədərdə düzgün deyil ,beləki Shipped statusu satıcı tərəfindən verilir .Yeni avtomaik idarə olunan sey deyil .Ele seller'lər varki onlar bəzən shipped statusu yazmirlar ,adətən "mal" tracking number ilə göndərilirsə . Malın ödənilməsindən sonra da Neçə günə göndərilməsi yenədə satıcıdan aslıdır .və göndərilimə vaxtı da hemin satıcının FAQında verilMəlidir .. olmadığı halda siz deqiq informasiyanı satıcının özündən ala bilərsiniz .

Mursel Ali Oglu (2011-10-28 15:21:36)
yox sen ele bilmezsen sen gir ebaya orda ustde my ebay yazib ora vuranda 5.yeni purchase history bolmesini sec senin aldigin mal gelecek orda shipped yazibsa evvel axir gec tez gelecek hesabindaki pullara ancaq internet banking xidmeti var azerbaycanda herbankin ozunemexsus meselen menim bankim accessbankdi ve onda internet banking var illik 18 azn her banka gor qiymet deyisir

3LNuR (2011-10-28 14:45:52)
chox sagol ama menyuda purchased items yoxdu axi :( 1deki ebay.comdan bilmek olar ki,mal azerbaycana gelib ya yox // hesabimdaki pullara online baxmag ucun sayt var?

admin (2011-10-28 13:46:12)
Əgər mal gəlibsə poçtdan onu evinizə çatdırırlar, və yaxud ünvanınız dəqiq deyilsə zəng edib sizi poçta da dəvət edə bilərlər. Nömrəniz də onlarda yoxdursa o halda siz özünüz mərkəzi poçtla əlaqə saxlayıb soruşmalısınız, ordan sizə dəqiq cavab deyirlər. Ebayda malın göndərilib göndərilmədiyi bəlkədən asılı deyil, bu dəqiq bilinən bir şeydir. Girirsiniz menyudan purchased items bölməsinə, orda əgər malın önündəki bağlama işarəsi aktivdirsə kursoru üzərinə gətirəndə shipped yazırsa deməli göndərilib, aktiv deyilsə deməli hələ də göndərilməyib. Göndərilməyən və ya gəlib çıxmayan mal varsa təşvişə gərək yoxdur, Ebay Protection xidməti pulunuzu qəpiyinəcən geri qaytarır. Yetər ki mal gəlmədikdən sonra məhsulun səhifəsindən şikayət bölməsinə keçib bu barədə ebaya bildirəsiniz. Ondan sonra 1 həftə araşdırma gedir, sonra pulunuzu qaytarırlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mal gəlib çıxmır, Ebaydan alınıb

Dropshipping haqqında məlumat

ebayda satıcıya müsbət xal

AZBAKA Azərbaycanın portu deyil?

Ebayda Seller-lə əlaqə saxlamaq üçün kömək

eBaydan yaxşı durbin (бинокль) almaq.