Java-da yazdığım proqramı MAC üçün necə edim?

Salam. Javada yazdığım proqramı MAC üçün necə edim ki, onu Macintoshda quraşdırmaq olsun. Yəni dmg formatdamı olmalıdı? Bir dmg düzəltmişəm, MAC-ım olmadığı üçün yoxlaya bilmirəm işləyir ya yox. Kimdə varsa yoxlaya bilərmi? http://xurcun.info/jas5jmmm09w6/eng-aze_dictionary.dmg.html Çox sağolun.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Jamil Gasimov (2011-11-27 20:29:47)
Lib-ləri bir fayla yığmaq üçün One-Jar-dan istifadə edə bilərsən. (http://one-jar.sourceforge.net/) MacOS unix-like sistem olduğu üçün bash scriptləri dəstəkləyir. Scriptin birinci sətiri: [code]#!/bin/bash[/code] olmalıdır. Sonra jar faylını çağıra bilərsən. Extension .command olmalıdır və execute permission vermək lazım olacaq fayla: [code]chmod +x scriptname.command[/code]

NModern (2011-11-04 00:27:34)
İşdə burasındadır ki, yazdığım Java proqramını kompilyasiya edəndə yanında lib adında qovluq yaranır, kiməsə yükləməyə verəndə də gərək ki arxivə salım. Sonradan istifadəçiləri başa salmaq ki bəs bu arxivdən çıxart, sonra filan şeyi işə sal və s. bunlar qəlizdi. Mümkün deyilmi ki bu proqramı quraşdırıla bilən formata salım? Məsələn vvindovs üçün olan variantda C++ da bir exe fayl yaratmışam hansı ki, "java -jar proqram.jar" bunu çağırır nəticədə proqram işə düşür. Həm də exe olduğu üçün onun üçün quraşdılrılma da düzəltmək olur. İndi həmin şeyi MAC üçün də etmək istəyirəm. Və yaxud da heç olmasa bu proqramı lib qovluğu yaranmadan necə kompilyasiya edim? NetBeansda işləyirəm.

Ramin Orucov (2011-11-01 00:58:21)
Əleykə salam. Javada yazılmış proqramlar jar formatında olur. Mac OS üçün xüsusi nəsə etmək lazım deyil. Terminalda java -jar sizinproqram.jar yazıb işlədə bilərsiniz, və ya bunu shell script kimi hazırlayıb, elə işlədə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Java, android proqramlaşdırma ilə işləmək üçün proqram

java – Steganography

Android 2.1 APİ yaradılması

JAVA NetBeans

Skript üzərində işləmək

Videonu dvd formatına çevirmək