Salam, bilmək istərdim Azericard sistemini Magento, osCommerse və ya Prestashop üzərində qurulan mağazalara inteqrasiya etmək mümkündür ? Yoxsa bunun üçün sıfırdan skript yazmaq gərəkdir? Bir də inteqrasiya zamanı Azericard texniki yardım göstərir ?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
3
Salam. Əlbəttə mümkündür, amma bununçün koda müdaxilə etmək biliyiniz olmalıdır. Belə deyək də,
Azericard texniki yardım göstərir, amma native kodlar üzrə, məsələn php kodlar verir ki, bunu filan yerə yerləşdirin. Bu mərhələdən sonra artıq ödəmə edən istifadəçinin ödəmə etməsinin təsdiqi barədə sizin sql bazanızda məlumat formalaşır. İndi gerisi qalır bu ödəmə edən istifadəçiyə saytın mahiyyətinə uyğun olaraq aldığı məhsulu və ya qazandığı elektron pulları təqdim edəsiniz. Bununçün də istər adi saytda, istərsə də CMS-də müəyyən miqdarda 0-dan skript yazılmalıdır ki sistem ödəniş olduğunu başa düşsün. Bu isə hər sayt üçün fərdi məsələdir. Dediyiniz hazır CMS-lərə müdaxilə yəqin ki, asan olmayan bir işdir, ona görə də bu sahədə təcrübəsi olan mütəxəssisə müraciət etmək lazım.
Sual verin
Cavab verin