Şifrələnmiş parollar

Salam, özümə yeni sayt açmışam,bu mənim 1-ci saytım olduğu üçün elə de anlayışım yoxdur. Deməli saytımda qeydiyyatdan keçən istifadəçilərin parollarınl admin paneldə görmək funksıyası yoxdur.i istifadəçi parollarınl yalnlz sql-də phpmyadmin vasitesile görmək olur AMMA sha1 kodlaşdırma ilə. mənə maraqlıdır bu bütün saytlarda belədir,yoxsa hamısında sha1 və ya md5 üzrə kodlaşdırılır?sayt yiyəsi necə görə bilər istifadəçi parollarını? sha1 to text convert etmək olur ama çətin şifrələrdə bu keçərli deyil Cavablarınızı gözləyirəm,çox sağolun..

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

mylogin (2011-11-15 20:09:45)
Ona gore lazimdi ki scriptde admin panel ve adminin funksiyalari mehduddur.yeni boyuk funksionalli admin panel de yaratmaq bacarigina malik deyilem.kimse qaydalari pozduqda myadmn panel vasitesile parola baxib qayda pozuntularina duzelish etmek uchun.phpmyadmin panelden etmek mumkundur ama bu biraz qarishigdi.

NModern (2011-11-13 22:33:57)
yığışdırmaq məsləhət deyil. digər tərəfdən istifadəçilərin parollarını görmək bu artıq onların hüquqlarını tapdamaq deməkdir. başqa bir tərəfdən isə bu sizin nəyinizə lazımdır ki?!

mylogin (2011-11-07 12:20:02)
üzr istəyirem düzgün yazmadığım üçün,telefon vasitəsilə girdiyimçün yaza bilmədim.o ki qaldı suala şox gözəl cavablandırmısan.istəyirdim şifrələnməni yığışdırım amma təhlükəsizlik hər şeydən vacıbdır

admin (2011-11-07 12:12:17)
Lütfən sualı qaydalara uyğun verin. Sualı Azərbaycan əlifbasında daxil etmək lazım. Xeyli sərf etdik sualınızı düzəltməyə. Qaldı suala, siz saytı hansı cms-də yığmısınız? Standart sistemlərdə bəli, parol təhlükəsizlik səbəbilə şifrələnir və geri dönüş yoxdur. Saytı sıfırdan özünüz yığdığınız halda isə bunu özünüz təyin edə bilərsiniz ki parol olduğu kimi görünsün phpmyadmində, və ya şifrələnmiş formada. bir məqama diqqət edin. Hansı saytlar ki unudulan parolu mailə göndərə bilir deməli onlarda parol şifrələnmiş deyil, ya adicə maskdır, ya da olduğu kimi. Hansı saytlar ki parolu göndərmir əvəzində yeni parol seçmənizi istəyir(indi demək olar büyün böyük saytlar belə edir) deməli o sayt şifrələyir parolu.

mylogin (2011-11-06 23:51:06)
hmm aydindi.ele maskalanib ama nece edim ki normal qalsin.kodu deye bilersen?

Tural92 (2011-11-06 23:41:57)
Bu sənin scriptindəki pass adlı dəyişənin md5(sha1($pass)) kimi maskalanması səbəbindəndir.