MilliNet Müsabiqəsi

Saytınıza uğurlar diləyirəm müsabiqədə.Bu müsabiqə ilə bağlı 1 neçə sualım var.indi deyə bilərsiz ki, sualın varsa Millinet komitəsinə ver.Ora sualımı verdim amma aldığım cavab o oldu ki,sayta qaydalar bölməsində hər şey yazılıb.2-3dəfə dəqiq oxumağıma baxmayaq konkret olaraq sualımın cavabını tapa bilmədim.Sualım ondan ibarətdir ki: Musabiqədə qiymətləndirmə zamanı saytda olan istifadəçi kütləsi nəzərə alınır mı? 2.Sual.8.4 maddəsinə əsasən - Qalib gələn saytlar növbəti 3 il ərzində bu müsabiqəyə təqdim edilə bilməz. Qaliblər yalnız 1-ci yer tutan saytlar nəzərdə tutulur,yoxsa 2-ci,3-cü və ya nominantlara da aiddir? Zəhmət olmasa bu barədə məlumat verəsiniz mənə.Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

admin (2011-11-12 20:03:12)
Yox bunun heç bir əhəmiyyəti yoxdur, əsas ortaya çıxan məhsuldur.

mylogin (2011-11-12 14:06:28)
MilliNet musabiqesinde meni bashq bir shey de maraglandirir.Bir chox saytlar hazir scriptlerden DLE Wordpress ve s istifade edirler.yeni ki bunu ozleri hazirlamayib.Bu nezere alinar sizce?

mylogin (2011-11-08 12:46:45)
Təşəkkürlər.Saytım yeni açıldığı üçün istifadəçi yoxdur ona görə ondan narahat idim.2-3cü yerlərə gəldikdə isə biraz pis oldu ) udmaq şansı azalır hamı üçün) Men sizin saytınızın nominasiyası üzrə bütün saytlara diqqət yetirdim,qalib də gələ bilərsiniz.saytda funksionallıq çox olmasa da faydalı olmağını nəzərə alsalar çoxlu bal toplamaq olar.Ən güclü saytlar da elə bu nominasiya üzredı,qalanı bloq-mloq xırda xuruş saytlardı

admin (2011-11-08 11:40:50)
Salam. Saytın 3 istiqamətdə keyfiyyəti nəzərə alınlr, istifadəçi kütləsi nəzərə alına bilər, amma birbaşa yox. çünki məlum, gündə 50minə yaxın bekar adamın daxil olduğu 1 qəpik faydası olmayan bir neçə saytlarımız var. yəni kütlə həcmi əsas meyar ola bilməz. sualın ikinci hissəsinə gəldikdə isə bu qayda yalnız qaliblərə aiddir. ikinci və üçüncü yerlərə yox.