Sayt gec açılır

Salam.Saytımda funskiyaları çoxaltdıqdan sonra nə qədər sürətli netlə girsəm də sayta 3-4 saniyə gec açılır sayt.tekrar takrar eyni səhifəyə girməyimə baxmayaraq.Nesə bele bir şey eşitmişdim htacces vasitəsilə css və js fayllarini sixmaq olar.Beləliklə keyfiyyəti itirmədən saytın tez sürətdə açılmasını təmin etmək olar.o kodu bilirsinizsə zəhmət olmasa dəqiq mənə yazın

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Orxan Daşdəmirov (2011-12-28 23:25:15)
Məncə serverdə problem yoxdu ana səhifəyə 3-4 mblıq flash fayl qoyanda əlbətdəki o gec açılacaq. Əgər problem JS fayllardadırsa http://docs.jquery.com/Downloading_jQuery -da sıxışdırılmış variantını yükləyə bilərsiniz.

mylogin (2011-11-10 20:03:46)
yo tutulma deyil.sayt 1-2 saniye gec achilir.serverde de problem yoxdu.swf obyekt 3-4 mb arasidi.dedim belke normal sehifeler kimi suretli olmasini demin etmek olar)

admin (2011-11-10 16:50:14)
Təkrar edirəm, css, js, swf saytın açılmaması üçün əsas deyil, adını çəkdiklərim saytın açıldıqdan sonra səhifənin tam yüklənmə vaxtı üçün meyardırlar, açılmaması üçün yox. Yəni təbii ki, səhifənizə 1 MB-lıq SWF obyekt qoysanız, saytınızın tam yüklənmə vaxtı uzanacaq. Bir dənə balaca millinet js-banneri saytınızı tam tutulmasına səbəb olursa, deməli server tərəfdə ciddi problem var. Ya trafik kanalında, ya da ki php konfiqurasiyada. Siz saytı bura yazsanız inspekt edib baxardım görək nə məsələdir.

Nicat Behbudov (2011-11-10 16:15:19)
Yox Qardaş Bu sizin Hostinqinizdəndir Təbii ki.Admin də dediyi Kimi.Siz daha yaxşısı öz Hostinq servisinizə müraciət edin.Əgər Hostinqiniz Pulsuz hostinqdirsə bu adi haldır.Bir də .swf faylı Saytın Ana Səgifəsinə qoymaq düzgün deyil.Çünki sayt sizdə ki kimi gec açıla bilər.

mylogin (2011-11-09 23:48:28)
guclu dedicated serverdi.sebebi esas sehifeye swf obyekt ve elave jpg formatda logo elave etdim ondan sora tyuklenir.qalan sehifeler uchur.yegin daha sebebi swf obyektdir.onu da yigishdirmaq istemirem.evvel yaxshidi idi.millinet bannerii de elave eledim vapshe tutuldu)

admin (2011-11-09 22:38:29)
JS CSS xırda məsələlərdir və nəhəng trafiki olan saytlar üçün önəm daşıyır, siz onlara fikir vermədən əsl səbəbi axtarın, səbəb sizin hostinqiniz ola bilər və ya yaxud server-tərəfli kodunuzda(php, asp.net və.s) hər hansı ağır alqoritm ola bilər, məsələn dövr içində dövr kimi. Səbəbləri bunlar içində axtarın, imkan varsa saytı digər hostlara atıb orda test edin və.s.

mylogin (2011-11-09 17:01:00)
[code] AddOutputFilterByType DEFLATE text/html text/plain text/xml application/xml application/xhtml+xml text/javascript text/css application/x-javascript BrowserMatch ^Mozilla/4 gzip-only-text/html BrowserMatch ^Mozilla/4.0[678] no-gzip BrowserMatch bMSIE !no-gzip !gzip-only-text/html [/code] bu kodu lazimdi elave etmek yyoxsa bu kodu:? [code] <IfModule mod_deflate.c> <FilesMatch ".(js|css)$"> SetOutputFilter DEFLATE </FilesMatch> </IfModule> [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php de kömək

SELECT DISTINCT əmri ilə düzgün sıralama

MySql Replace nə işə yarayır və bunlardan hansı daha sürətlidir.

PHP bəs edərmi ?

PHP-də “==” ilə “===” fərqi

Məlumatlar filterdən keçir, amma HTML teqlərindən istifadə edə bilmirəm