FreeBSD müvəqqəti PORT

Məqsəd ondan ibarətdir ki, sistem daxilində hansısa müvəqqəti bir port açıb onunla informasiya yollamaq və qəbul eləmək olarmı? Yəni məsələn iki əməliyyat sistemim var ikisi də FreeBSD. Birində müəyyən port açıram Məs: (10000), digərilə də bu porta qoşulub informasiya götürürəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

lamacont (2011-11-26 22:25:54)
Cox saq olun

lamacont (2011-11-26 22:25:35)
Cavaba gore minnetdaram qardash. Ancaq men verdiyim sual tamam bashqadir. Men sistemde hansisa bir Applicationu istifade edende, port acildiqini gozel basha dushurem. Men hemin Applicationun portunuda deyishib ona muraciet de ede bilirem. Ancaq menim isteyim hazir applicationun portu ile deyil. Hec bir Application yoxdur, ve sadece sistemde port acmaq isteyirem.

ahmed (2011-11-15 08:57:34)
Mən bildiyim qədəri ilə iki ayrı-ayrı kompüterlərdə icra olunan proqramların bir biri ilə informasiya mübadiləsi etmələri üçün port nömrələrinin olması mütləq vacibdir. Yəni əgər İP ünvanlar şəbəkədə kompüteri təyin edirsə, port nömrələri verilmiş İP ünvanlı kompüterdə konkret icra olunan proqrmı - prosesi təyin edir. Port ünvanlarının məqsədi sadəcə prosesə istinad etməkdir. Nüvə İP paketdən port nömrəsin oxuyub bilir ki, paketdəki məlumatı hansı prosesə ötürmək lazımdır. Daha ətraflı məlumat üçün Richard Stevensin Unix şəbəkə proqramlaşdırma 2-ci hissə kitabına müraciət eliyə bilərsən. Aşağıdakı keçiddən bu kitabda olan proqram nümunələrinin mənbə faylların edirə bilərsən. http://www.unpbook.com/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefon zaryatka saxlamır

Başqa kompüterdən Samba serverə qoşula bilmirəm

Usb portu bağlamaq

C6 portundakı videonun ekran ölçüsü

Default port yoxdursa modemə necə qoşulmaq olar?

FreeBSD Asterisk