Yazılmış proqram təminatının lisenziyalaşdırılması

Çoxdandır bu barədə öyrənmək istəyirəm. İnternetdə müxtəlif lisenziyalarla maraqlanmışam (GPL, Creative Commons, EULA və s.). Amma hələ də mənə qaranlıq qalan bəzi məsələlər var. Məsələn, tutaq ki mən yazdığım proqram təminatına lisenziya əlavə etmək istəyirəm və mənim qeydiyyatda olan şirkətim yoxdu. Bu zaman lisenziya razılaşmasında şirkət üçün ayrılan yerə nə yazmaq lazımdı? Başqa bir məsələ isə belədir: bir çox proqramlarda razılaşmada müəllif hüquqlarının həm Beynəlxalq həm də ABŞ qanunlarına görə qorunduğu yazıır. Belə başa düşürəm ki, bu qanunlar ölkədən ölkəyə dəyişə bilər. Onda bu barədə Azərbaycanda hansı qanunlar var? Ümumiyyətlə bu barədə ətraflı məlumatı olan varsa xahiş edirəm yazsın. Praktikada hansı PT üçün hansı lisenziya daha məqsədə uyğundu (hansı şərtlərdə?). Məsələn, açıq kodlu və qapalı kodlu PT üçün nə kimi razılaşma fərqləri olmalıdı? Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin (2011-12-31 05:07:42)
Açıq resurslu proqramlar üçün adətən GPL GNU Apache lisenziyaları işlədilir. İndiyə qədər heç bir qapalı kodun lisenziyasına fikir verməmişəm. Azərbaycanda bununla bağlı inanmıram ki, normal və işləyən qanun tapasan. Ruslarda Gemarroj adlı bir proqrammist lisenziya əvəzinə hər zaman yazırdı ki, kim bu proqramı pulla satsa, o adam ölənə qədər əzab çəkəcək.Çünki həmin adamın adına internetdə nə var idisə hamısını sındırırdı.Çünki bilirdi ki, qanunla satılan proqramın kodunun ona aid olduğunu sübut edə bilməyəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ödəmə sistemi yaratmaq üçün lisenziya almaq lazımdır?

Digium Phone Module for Asterisk (DPMA)

Kurs açmaq üçün rəsmi razılıq vacibdir ?

Əməliyyat sisteminin orginallığı

abby finereader lisenziya istəyir

Lisenziya almaq