Google hava API

Salam. Müşahidələrimə görə bu saytda PHP kodlaşdırmasından yaxşı başı çıxan uşaqlar var , və ona görədə bura yazmaq qərarına gəldim. Hörmətli web proqramistllər, mənə google saytının hava APİ si lazımdır. daha doğrusu hazır php faylı. google.com saytına girib (weather in baku azerbaijan) yazdıqda axtarış səhifəsində görsənir. Skrin şot => http://s017.radikal.ru/i425/1111/27/96aed27360ac.jpg cavablarınızı gözləyirəm

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

YR (2011-11-15 11:19:38)
Çox sağolun. Amma bir bilsəm ki siz nə demək istədiniz :-)) Sitat " Belə bir işlək kod yazdım indi, amma php serverinizdə file_get_contents açıq olmalıdır external linklər üçün" Onu hardan və necə edirlər C panel-də ? sadə üsulu necədir? Mən bu sahədə 0-am

admin (2011-11-15 10:43:05)
Belə bir işlək kod yazdım indi, amma php serverinizdə file_get_contents açıq olmalıdır external linklər üçün. Yəni özünüzdə yoxlayın bunu, işləməsə deməli php.ini-dən dediyim funksiyanı açmaq lazımdır. CURLlə də etmək olar onu açmadan. Bir sözlə yoxlayın sonra ona uyğun nəsə edərik [code] <?php $k=file_get_contents("https://www.google.com/search?q=weather+San+Francisco%2C+CA&btnG=Search"); $k=str_replace('~','-',$k); $k=str_replace('<li class="g">','~',$k); $k1=explode("~",$k); $k1[1]=str_replace('</li>','~',$k1[1]); $k2=explode("~",$k1[1]); echo $k2[0]; ?> [/code]

YR (2011-11-14 14:16:17)
Ok çox sağolun :-)

admin (2011-11-14 14:12:08)
Ok. Bir azdan sadə bir skript yazıb yerləşdirərəm bura.

YR (2011-11-14 13:46:42)
Admin, əslində mən sayt üçün istifadə eləmək fikrim yoxdur. daha doğrusu sayta yerləşdiriləcək amma başqa formada. sadəcə bir ideya gəlib ağlıma və onu reallaşdırmaq istəyirəm . Bu hava məlumatları şirkətdə dəhlizlərdə yerləşən LCD monitorlara ötürüləcək ki, buda ofisin dəhlizində hava haqqında bir informasiya sistemi olacaq. hər halda boş boşuna işləməkdənsə nəyəsə qulluq eləsin. ona görə mənə 2 ci variant daha əlverişlidir. Amma PHP dən heç başım cıxmadiğımdan ona görə bura müraciət etdim ki bəlkə kimsə köməklik edə

admin (2011-11-14 12:21:54)
1. Google-un mən bilən xüsusi weather API-si yoxdur, Gadgetlər var, onlardan istifadə edə bilərsiniz(http://google.com/ig/directory?synd=open&q=weather) 2. PHP ilə Google-da çıxan nəticəni sadə kodla ordan sovurub saytınıza qoya bilərsiniz, skrindəki görüntü, amma bu əlverişli deyil, google sabah kodunda dəyişiklik edəndə sizin saytda da işləməyəcək. 3. Sizə məhz Google-dan yox, ümumiyyətlə saytınız üçün hava məlumatı bölməsi lazımdırsa, asan APİ təqdim edən xeyli sayt var, məsələn: http://www.weather.com/services/xmloap.html http://developer.yahoo.com/weather/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sketchup 7-ci versiya lazımdır

Google Chrome Pəncərə bağlanmır

Google Adsense-dən necə pul qazanmaq olar?

Googlede qeydiyyat problemi haqqinda

Saytdan,portaldan bu qədər qazanc Çox olur ?

google map api