E-Ticarət saytı üçün ödəmə sistemi

Salamlar.Mən onlayn ticarət sahəsində bir sayt qurmaq istəyirəm.Lakin məni düşündürən ödəmə sistemidir. SMS ilə ödəmə sərfəsizdir sayt sahibi üçün.Kredit kart ilə ödəmə sistemini həyata keçirmək isə uzun və çətin olduğundan,ödəmə sistemini seçə bilmirəm.Başqa ödəmə sistemləri haqqında məlumat almaq və kredit kart ilə ödəmə haqqında ətraflı məlumat almaq istərdim. Bütün cavablar üçün indidən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Gumushbijutery (2015-04-21 23:42:19)
Salam. Həmin netcarda xaricdən və ya rayonlardan ödəniş etmək mümkündürmq?

BARRACUDA (2011-11-29 21:09:51)
Misal olaraq NETMONEY.AZ məncə istədiyiniz budur. Daxil olub ətraflı məlumat alın.

NModern (2011-11-17 10:06:55)
netcard.az kimi xidmetden de istifade ede bilersiniz. Odenish kartlari vasitesile odenir. Shifreleri Paypoint terminallardan da elde etmek mumkundur.

neska (2011-11-16 23:18:38)
Cavablar ucun tesekkurler ... Eslinde pul aldiginizi bilirdim,sual daha cox meblegi oyrenmek meqsedli idi,ama cavab vermeseniz de sizi basa duserem

admin (2011-11-16 21:38:11)
Salam. Bu sual əvvəl verilib, ətraflı buradan oxuyun: http://cavablar.net/2011/08/16/internetde-satis/ Azericard və ya Goldenpayla bunu etmək tam mümkündür, məsələn biz xaricidil.net layihəsində bunu ilyarımdır reallaşdırmışıq və hal hazırda işləyir. Sualınızın şəxsi hissəsinə cavabsa bu: Bəli hər bir ciddi sayt rəhbərliyi yerləşdirdiyi reklama görə müqavilə bağlayaraq müqavilənin şərtlərinə uyğun olaraq müəyyən məbləğdə ödəniş alır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

E-ticarət siyahısı lazımdır.

Elektron Ticarətdə alıcı kimliyi.

Türkiyədən çatdırılma

internetdə vergi ödemek

eBay’dan laptop sifarişi

Azərbaycandan Satış edə biləcəyimiz ticarət saytı