Css-lə bağlı sual.

Salam,div ilə css də bir pəncərə yaratmışam,içinə söz yazanda istəyirəm ki, ən altda(bottom) (səhifənin altında yox,yaratdığım pəncərənin altında) və ortada (center) olsun yazının ölçüsü sabit qalmadığına görə konkret rəqəm verməklə edə bilmərəm. position;absolute; bottom:0px; verərək yazını ən aşağıya sala bilirəm,lakin bu zaman onu ortaya (center) heç cür gətirə bilmirəm,text-align yoxladım olmadı.Yalnız left:30px verərək etmək olur, amma nəzərə alsaq ki ordakı hərflərin sayı müxtəlif ola bilər,bu zaman düzgün işləməyəcək.Bunu necə ortaya gətirmək olar ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

NModern (2014-05-22 18:10:14)
Uzun muddetden sonra... :) [code]

qweqwe
[/code]

Elvin Haciyev (2011-11-18 11:34:06)
Təşəkkürlər ətraflı cavaba görə.

NModern (2011-11-17 22:50:34)
Düzü css də hər şey bir biri ilə çox bağlıdır(hətta səhifənin doctype-si). Bir yerdə istifadə etdiyiniz digər bir yerdə heç də istədiyinizi verməyə bilər. Kodunuza baxmadan demək olmaz niyə position:absolute; olanda mətni ortaya çəkmək olmur. 2-ci variantın işləməməsinə gəldikdə isə, birincidən elə də böyük fərqi yoxdur (yalnız yanaşmada). Görünür Sizin hal üçün yetərli deyil.

Elvin Haciyev (2011-11-17 18:04:36)
Təşəkkürlər,1inci yol alındı.2ci yol da isə problem çıxdı səbəb isə yazının həcminə uyğun olaraq sətirlərin sayı dəyişir.Cavablarınıza görə təşəkkür edirəm.Amma yenə də qaranlıq qaldı ki, niyə position absolute olan zaman yazını ortaya çəkmək mümkün olmur?

NModern (2011-11-17 10:00:12)
[code] <div style="border:1px solid red;height:20px;text-align:center;padding:480px 0 0 0;"> qweqwe </div> [/code]

admin (2011-11-17 02:07:22)
[code] <div style="height:500px;width:500px;text-align:center;"> <div style="height:95%;background-color:red;"></div> <div style="height:5%;background-color:green;">dfsdfsd fsdfsdfsd fsdfsd sdsdasda</div> </div> [/code] Belə bir kodla həll etmək olar. Məhz siz deyən formada həll üçün bir az fikirləşmək lazım, amma ən azından bu yazdığım variant da həlldir fikrimcə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Css ilə necə sayta dizayn verim ?

CSS ilə mətni uppercase etdiyim zaman AZ hərflərini göstərmir

Kurssuz web proqramlaşdırma.

Sayt düzəltmək üçün hansı dili bilmək lazımdır?

Yaxşı görünüşlü web site

Css, altı xətli link