GTA 4 oyunu nəyə görə donur?

GTA 4 oyununu kompüterə yazmışam. Ram 4GB, Prossesor İntel i5 və ATİ Radeon Premium Graphics, Əməliyyat sistemi Windows 7. Bilən varsa cavab yazsın.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Cavid Zeynallı (2012-03-25 02:21:43)
Bunun bir nəçə səbəbi ola bilər birincisi oyunun pirat olması.Burda problemi aradan qaldırmaq uçun çoxlu crack yazmaq lazımdır şəxsən mən oyunu donmadan oynamaq üçün 7 crackdan istifadə etmişdim.İkinci səbəb isə video kartın zəifliyi ola bilər.Məsələn məndə vga geforce 210 1024 mb (128 bit) dir və men GTA 4 orta qrafika ayarlarında ve aşağı ayarlarda cracklar vasitəsi ilə normal oynayırdım.Amma qrafikanı tam artırdıqda isə ilişmələr baş verirdi.

designernatiq (2011-12-24 13:14:10)
Ferhad Cebiyev - duz deyirsiz. Ola bilər o video kartın zəyifliyindən olsun. Gta IV çox ağır oyundur. Hər kompyuter o oyunu gəbul etmir.

Ezio (2011-11-23 22:31:38)
Oyunda optimizasiya problemləri çoxdur.Yenə də siz burdan http://www.rockstargames.com/downloads#/?collection=9 Gta 4 üçün olan axırıncı update 1.0.7.0 yükləyin.Tam olmasa da donmanı xeyli azaldacaq

Ferhad Cebiyev (2011-11-19 20:41:23)
Xeyir. Donmanin sebebi sizin videokartanizin zeifliyinden olmalidir. Amma oyunun da optimizasiya problemleri var. Amma bu o demek deyil ki, siz basqa versiya yuklesez isleyecek. Videokartanin modeli nedir? Eslinde oyunu lisenziyali oynasaq bu problemler azalacaq. Oyunun problemleri olduguna gore Rockstar oyun cixandan bu yana 7 update yayinlayib. Her defe de onlara uygun crack duzeldilib. Amma hec bir crack problemsiz deyil.

Orxan Zakirov (2011-11-18 03:02:17)
Oyunun özündən olmalıdır, mən i7də yoxlamışdım dəhşət donurdu, başqa versiyanı yükləyib yoxlayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windowsu müvəqqəti aktivləşdirmək

Şrift problemi – Windows XP

Windows 7 də saat problemi 2002 ci ilə qayıdır özü-özünə

Windowsda olan 2 problemim

Bu problem nədən yaranıb?

Video kartla bağlı drayver məsələsidir.