Ebay Blackberry 9520 Unlocked Verizon ?

Əziz Dostlar Forum-da biraz araşdırdım ama sualıma dəqiq cavab tapa bilmədim,xahiş edirəm mene komek edin,Qardaşlar Sualım : Ebay-dan Blackberry 9520 Unlocked Verizon (və ya Unlocked T-mobile, Unlocked AT&T ) sifariş etmək istəyirəm,bu telefonlardan hansı Azerbaycan operatorlarında işləyəcək? Dostlar xahiş edirəm biraz ətraflı melumat verərdiniz.Əvvəlcədən Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Asiman (2011-11-26 10:48:44)
T-mobile almaq olar xeyir bu kustar üsülla unlock edilmir Şirkət özü icazə verir bunu unlock eləməyə Şirkət deyir ya mənim nömrəmi işlət ya da əlavə 20 dollar ödə yenədə bu 20 dolların hansısa faizi çatır şirkətə.Mən HTC G1 almışdım Başqa nömrə taxdım kod istədi hər hansı bir saytda imei kodun yazdım telefonun unlock kodu gəldi 45 dəqiqəyə 22 dollara..

Asiman (2011-11-26 10:44:01)
salam Qardaş alma bu telefonu verizon cdma texnologiyası ilə işləyir bizim dildə desək fonex nömrə sən onu gsm nömrə ilə işlədə bilməyəcəksən yəni bakcell Azercell narmobile və s..

Orkhan.Boxing (2011-11-22 21:44:42)
Qardaş Cavabınız üçün Təşəkkür edirəm.

admin (2011-11-22 10:33:03)
Əgər operator adı varsa, deməli locked imiş, unlocked yazıbsa deməli sonradan hansısa yolla unlock edilib, və deməli bizdə işləməlidir istənilən operatorla. Amma hər hansı problemin çıxması da istisna olunmur. Şəxsən mən məsləhət görməzdim belə kustar yollarla proqramına müdaxilə olunmuş telefonlar.