Yenilənməyən header

Kiçik bir bloq saytım var.istəyirəm elə edim ki header yenilənməsin səhifələri dəyişəndə.Bunu necə etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

mylogin (2011-11-26 15:22:49)
təşəkkür admin,bu üsülu yoxladıqdan sonra cavablandıracam mövzunu

admin (2011-11-26 12:22:45)
Bəli məhz son izahınızla məsələni aydınlaşdırdınız. Bunu 2 cür edə bilərsiniz. 1. Frameset ilə. Bu köhnəlmiş metoddur, indi çox az istifadə olunur, məsləhət də deyil. İki frame yaradırsan hərəsinə ad qoyursan, daha sonra link-in target-inə digər frame-in adını yazırsan. Məsələn belə [code] <frameset> <frame name="ust_frame" src="header.html"> </frame> <frame name="alt_frame" src="index.html"> </frame> </frameset> [/code] Header.html-də isə belə bir şey: [code] <a href="about.html" target="alt_frame">Link</a> [/code] 2. Hazırda işi görən ən effektiv və müasir həll AJAX texnologiyasıdır. Təxmini məntiqi budur ki, hər hansı obyektin tıqladıqda səhifə tam yenilənmir, əvəzində hər hansı div obyektinin daxili yenilənir. Jquery frameworku ilə AJAX istifadə etmək qat-qat asandır, nəinki Javascriptin birbaşa özü ilə. Jquery ilə nümunə yazım məsələn [code] <script> function yukle(sehife_url) { $('#sehifenin_yukleneceyi_bolge').load(sehife_url); } </script> <a href="javascript://" onclick="yukle('about.html')">Haqqımızda</a> <br> <div id="sehifenin_yukleneceyi_bolge"></div> [/code] Vəssalam.

Teodor86 (2011-11-26 11:22:21)
Siz dediyiniz hal üçün AJAX texnologiyasından istifadə etmək olar.

mylogin (2011-11-25 19:59:34)
mən bunu etdim amma alınmadı.belke de sualimi duz vermeishem başa düşməmisiniz ona gorə.istiyirdim ki facebook-da olduğu kimi olsun.Azərbaycanda da var belə professionals az saytı.onun kimi deyirdim.include etdim men sehvsiz alındı ama sehifeni deyishende sayt bütöv yenilerin

Teodor86 (2011-11-23 09:10:52)
bu konstruksiya o deməkdir ki, www qovluğu daxilində example qovluğu yaradılıb və header.php faylı onun daxilində yerləşdirilib. Həmçinin, inklud olunan faylları birbaşa çağırışdan müdafiə etmək üçün bu dərsə baxmanız məsləhətdir.

mylogin (2011-11-23 02:01:32)
beli duz deyirsiz.bele bir sual verim yene.butun header faylini kopyalayib header.php yaratdim.indi bu header.php-ni public yen www qovluguna atim?yoxsa example etdikde [code]<?php include("example/header.php"); ?>[/code] ishe yarayacag?

admin (2011-11-23 01:50:10)
Olsun da çox. Bir dəfə edəcəksiz bu işi, yəni hamsından headeri çıxarıb include("header.php") edəcəksiz, əvəzində bir dəfəlik eyni başlıq olacaq və bir faylda etdiyiniz dəyişiklik bütün saytboyu olacaq. Çünki hər yerə eyni fayl çağırılır

mylogin (2011-11-23 01:41:38)
hmm sayta sehifeler choxdu axi)ozum yigmisham.xeyli melumat verdiz yene maraqlanim men...tesekkur

admin (2011-11-23 00:49:58)
Salam. Bloqunuzu özünüz yazmısınız? Ya CMS-dir? CMS-dirsə onsuz da onlarda elədir. 0-dan yazmısınızsa, o halda header hissəni kəsib atın header.php-yə, sonra saytın bütün fayllarına include("header.php"); yazın. Belədə bütün headerlər eyni olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

php admin panel

Yeni yaratdığım faylların sonuna .txt əlavəsi düşür (index.php.txt)

Saytda cookie

php kömək

Php-ni azdan-çoxdan bilirəm

Texno Portal açsam uğurlu olarmı ?