Ebaydə və Paypalda “shipped”

Salam! online alış-verişə hələ təzə başladığım üçün bəzi şeylərdən başım çıxmır. Məsələn, mən bir neçə şey almışam. Ebaydə "Purchase history" bölümündə demək olar hamısının qarşısında "shipped" işarəsi çıxıb. Amma Paypalda isə yalnız ikisinin qarşısında shipped yazılıb. Bunların fərqi nədir? Bir sualım da var. Bir neçə gün əvvəl bir məhsulun pulunu ödəmişəm, amma hələ də shipped işarəsi çıxmayıb (Ebaydə də, Paypalda da). Halbuki məhsulun description-da "Seller ships within 2 days after receiving cleared payment." yazılıb. İndi mən nəsə eləməliyəm, ya bu normal haldır Ebay üçün??

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-11-24 14:40:53)
Şəklə gəldikdə isə çatdırılma pulsuzdur, ona görə də pul çıxmayıb. Yuxarıda yazılan mesaj isə həmin e-mağazadan başqa məhsullar almanız şərti üçün yazılıb. Yəni digər məhsullara aiddir.

admin (2011-11-24 13:53:49)
Salam. 1. Siz ebay-dakı bildirişlərlə hərəkət edin. Orda nə yazılıbsa ona inanın. Shipped qutusu aktiv rəngdədirsə deməli shipped olunub. 2. Əgər satıcı malı dediyi vaxtda yola salmayıbsa, purchase history-də məhsulun önündə Contact Seller verib açılan səhifədə contacta keçin və bu barədə ona 1-2 kəlmə yazın. O mütləq sizə 1 günə izah yazacaq, borcludur. İzah da yəqin ki malın tükənməsi ilə əlaqədar olan gecikmə barədə olacaq. Əsas odur ki, Ebay müştərinin maraqlarını əsas tutur deyə siz ödənişiniz barədə narahat olmayın, ən pis halda pulu geri ala bilərsiniz.

Aytashi (2011-11-24 13:46:26)
3cü sulımı da verim. Aldığım o "shipped" olunmamış məhsulun çatdırılması pulsuzdur yazılıb.Amma 2 şərt daxilində bu linkdə baxa bilərsiniz: Mən bir ədəd aldım və məndən çatdırılma pulu çıxmadı. Bu nə deməkdir? ) Kömək edə bilən olsa,minnətdar olaram! Çoxsağolun!!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay da məhsul satmaq.

Paypalda düz qeydiyyatdan keçmişəm?

paypal get verified

Ebayda gül toxumları sifarişi etmək

eBayda “Awaiting Payments”

Paypal və debit kart