Hazır script

İnsternetdə bezi hazır scritplər satılır.Və həmişə olduğu kimi bunların 90%-ni google-da axtarış edərək tapmaq olur.Mənə lazım olan scriptləri tapmışam və istifadə qaydalarında yazılıb ki ödənişsiz istifadə etməyin.Əgər mən buları istifadə etsəm əks teqdirdə nə ola bilər?Scritlərin qiyməti 10-300 dollar arası dəyişir.bulara pul ödəmək də istəmirəm.hazır tapdıqlarımı istifadə etsəm nə olacag?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

bs (2011-12-08 00:07:27)
Salam. Islet halal xosun!

admin (2011-11-26 18:57:08)
Salam. Maraqlı sualdır Hüquqi baxımdan inanmıram nəsə probleminiz ola bilər. Problem o halda olar ki siz bu kodları iri bir şirkət üçün istifadə edəsiniz. Fərdi istifadədə problem olmaz yəqin ki. Amma işin hüquqi yox mənəvi tərəfinə də baxsaq, sizə qətiyyən məsləhət görmürəm belə oğurluq intellektual mülkiyyətlərdən istifadə etməyi. Çünki 1. Sizin də nə vaxtsa mülkiyyətinizi belə pirat istifadə etdikdə kimdənsə nəsə tələb etməyə mənəvi haqqınız olmayacaq. 2. Gələcəkdə tanlnmış olsanız kimsə eşib keçmişinizdən belə şey tapıb çıxarar ki vaxtilə pirat mallardan istifadə edib :) Bir sözlə hüquqi problemi yoxdur, mənəvi problemi isə ciddidir, çox ciddidir. Yalnız pulsuz açıq qaynaqlı kodlardan istifadə edin, ya da ki insanların halal haqqını ödəyib sonra istifadə edin. :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Yazdıgım scriptə lisenziya

CHAT scripti yığmaq

Linuxda bəş (bash) skripti ilə internetin bərpası

Saytın Sosial şəbəkələrdəki izləyici sayı vidceti

DLE – də facebook səhvi

Scriptler və ya temalar