Tərcümə saytı

Mən internetdə yaxşı tərcümə edən sayt istəyirəm birini bilirəm translate.google.com ancaq bunun vasitəsilə tərcümə ediləndə baş-ayaq bir cümlə alınır düzgün etmir dilmanc da həmçinin başqa sayt bilən varsa kömək edərdiniz...təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-11-27 01:14:21)
Yuxarıda yazıldığı kimi, belə bir şey axtarmayın, çünki mövcud deyil. Tərcümə ağır riyazi alqoritmlərlə, statistik hesablarla, süni intellektlə reallaşdırılan mürəkkəb prosesdir, istənilən nəticə heç kimdə hələ də alınmayıb. Qohum dillər arasında normal tərcümələr alınır(İngilis-alman, ingilis-fransız, rus-ukrain və.s.) amma uzaq dillər arasında tərcümələr uğursuz olmalıdır və olur

Cemile (2011-11-27 00:00:32)
eh onsuzda düzəliş etməyə qalsa niyə tərcümə eliyirəm day əsəblərimi pozub təmiz bu tərcümələr erməni budaq cümləsi alınır hamısı

htaccess (2011-11-26 21:45:18)
Cümləni dəqiq tərcümə etmək,o cümlədən Azərbacycan dilini qeyri-mümkün bir şeydi ) Elə işlətdiklərin normaldır.Tərcümə et səhvlərə özün düzəliş et.Başa düşməsən başqa bildiyin dilə tapılmayan sözləri tərcümə et.Türkçə məsləhət deyil )

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

termin tərcüməsi

Azərbaycancadan Avar dilinə tərcümə

Accessibility (Erişilebilirlik) termini bizim dilə necə tərcümə edim?

Body sözünü necə düzgün tərcümə etməli?

Proqram tərcümə üçün

Sayt tərcüməsi