Windows əməliyyat sistemini USBdən yükləmək

Salam. Mən Windows əməliyyat sistemini usbdən yükləmək istəyirəm. usbini boot disk etmək istəyirəm. bir çox müxtəlif proqramlar tapdım. amma hər birində problem olur. zəhmət olmasa kömək edərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

BNM (2011-12-27 18:15:11)
Ən yaxşı və həqiqətən işləyən üsul barəsində bloqumda yazmışdım. Buyurun: http://xwingerm.wordpress.com/2011/03/18/usb-d%C9%99n-windows-qurasdirmaq/

emil7319 (2011-11-29 16:54:33)
tampo məndə multiboot-la yoxlamışam. youtubeda bir videoyaya o dediklərinə əməl etdim. amma o prosesin sonunda yalnız sistemdən yaratmaq olur. yəni virtual disk kimi. zəhmət deyilsə multibootla necə etdiyinizin əgər videosu və ya yazı halında varsa bura yerləşdirərdiniz. təşəkkürlər.

tampo (2011-11-28 22:46:39)
Mən multiboot proqramı ilə etmişəm işləyibdə

emil7319 (2011-11-28 20:28:57)
Hamınıza təşəkkür edirəm. Teodor86 məqaləyə görə minnətdaram. indi oxuyub eləməyə çalışacağam. ümid edirəm hər şey alınacaq.

Teodor86 (2011-11-28 09:06:57)
Bu məqalədə ətraflı yazmışam.

ramzes_rs (2011-11-28 00:06:05)
Məncə bunun üçün ən yaxşı proqram WinToFlash-dir. [code] http://wintoflash.com/home/ru/ [/code]

Subhan (2011-11-27 23:43:20)
USB-dən boot etmək üçün sizin USB boot funksiyasını dəstəkləməlidi və Bios-un Boot bölməsinda ilk boot seçimi kimi USB olmalıdı. Yoxsa heç bir proqram vasitəsi ilə bunu etmək mümkün deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windowsda qovluğa parol

Guclu performans üçün əməliyyat sistemi kim bilir?

Notebookda əməliyyat sistemində xəta

Komputerdə Windows oyunları

Windows 7

Oyuna girərkən göy ekran gəlir